Yuxu haqqında bilmədiyimiz maraqlı faktlar

21 Aralık 2021
3 079
0
Yuxu haqqında bilmədiyimiz maraqlı faktlar
Yuxu insan hisslərinin və emosiyalarının proyeksiyasıdır.

Yuxuların təbiəti haqda araşdırmalar bu gün də davam edir və alimlər artıq müəyyən faktların üstünü aça biliblər.

Feat.Az yuxu ilə bağlı 10 maraqlı faktı təqdim edir.

1.Dərin yuxu zamanı insan bədəni iflic olur. Ola bilsin ki, təbiət insanın yuxuda gördüklərini real həyatda təkrarlamaması üçün bu mexanizmi tətbiq edir. Neyronlar beynin ənsə hissəsinə yuux zamanı xüsusi siqnallar göndərir və nəticədə rahatalaşan insan bədəni hərəkətsiz hala düşür.

2.Kənar qıcıqlandırıclar yuxumuza təsir göstərir. Məsələn, yatmış insanın üzərinə çığıran zaman yuxuda o, bunu başqa formada, məsələnin güclü şimkə çaxması və s. formada görəcək.

3.Siqareti atan insanlar daha rəngarəng yuxular görür. Uzun müddət siqaret çəkən lakin sonradan bu vərdişdən uzaqlaşan şəxslər daha rəngli yuxular gördüyeünü iddia edir.

4. Yuxu simvolikdir. Əgər insan yuxuda konkret dükan görürsə, bu o demək deyil ki, yuxu məhz həmin dükan haqdadır. Ola bilsin ki, insane şüuraltı olaraq həmin dükanı fərqli bir obyektlə müqayisə edir.

5. Hamı rəngli yuxu görmür. İnsanların yalnız 12%-i ağ-qara yuxu görür. Digər 91% insane kütləsi isə rəngli yuxu görə bilir.

6. Yuxuda bir nacaq tanıdığımız insanları görürük. Bəzən yuxularımızda fərqli qiyafədə olan və tanımadığımız insanları görürük. Əslində isə yuxuda gördüyümüz insanların hər birin ani də olsa, rela həyatda görmüşük.

7.Yuxular psixozun qarşısını alır. Alimlərin apardığı çoxsaylı təcrübələr zamanı yuxu görmə anında oyadılan gənclərlə müqayisədə 8 saat tam yuxu alan gənlcər arasında ciddi fərqlər müşahidə olunurdu. Yuxu fazasında oyadılmış gənclər diqqət toplamaqda çətinlik çəkir, halusinasiya və qıcıqlanmadan əziyyət çəkidilər.

8.Hamı yuxu görür. Demək olar ki, hər kəs yuxu görsə də, qadın və kişi yuxularında müəyyən fərqlər var. Kişi yuxularında başqa həmcinlərini daha çox görür, qadın yuxularında isə həm kişi, həm də qadın simaları eyni miqdarda görülür.

9.İnsan yuxularının 90%-ni unudur. Yuuxdan oyandıqdan 5 dəqiqə sonra insan gördüyü yuxuların yarısını, 10 dəqiqə sonra isə 90%-ni unudur.

10. Görmə qabiliyyətini itirmiş şəxslər də yuxu görür. Anadan olduqdan sonra görmə qabiliyyətini itirən insanlar işıqdan məhrum olana qədərki həyatda gördüklərini yuxuda görə bilirlər. Anadangəlmə görmə qabiliyyətini itirənlər isə yuxunu iy, səs və hisslərin vəhdəti kimi görürlər.
modern.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.