Ana səhifə
loading...
loading...

Oğlunuz qız oyuncaqları ilə oynayırsa....

Xəbər / Maraqlı / Maraqlı Yazılar
06 Yanvar 2017
214
0
Oğlunuz qız oyuncaqları ilə oynayırsa....
Bir çox valideynləri oğlan övladlarının qızların seçdiyi oyuncaqlarla oynaması və qızların maraqlandığı oyunlarla maraqlanması narahat edir. "Valideyn məsləhət mərkəzinə” müraciət edən valideynlərin ünvanladığı ilk sual məhz bu olur: "Oğlum qız oyuncaqlarıyla oynayır, biz nə etməliyik?”

Bu məsələdə narahat olmağın nə qədər əhəmiyyətsiz olduğunu bilmək üçün ilk olaraq uşaq üçün oyunun nə olduğunu dərk etmək gərəkdir. Uşaq üçün oyun real həyatdır. Onlar hər hansı bir oyunu oynayarkən real həyatı canlandırırlar. Bu həyatın içində isə həm kişi obrazları (atası, babası, dayıları, əmiləri), həm də qadın obrazları (anası, nənəsi, xalası, bibisi) olur. Atasını avtomobil istifadə edərkən görən uşaq, anasını da yemək hazırlayarkən izləyir.

Dolayısıyla ansının etdiklərini oda öz uşaq aləmində təkrarlamağa başlayır. Belə ki, əgər oğlan uşağı oyuncaqlarına yemək yedizdirməyə çalışarsa, anasının ona "bu qız oyunudur, sən oynama” deməsi çox təhlükəli vəziyyətə gətirib çıxara bilər. Çünki, uşaq bu oyuncaqlarla oynayaraq pis hərəkət etmir. Əgər uşağın bu oyuncaqlarla oynamasına qadağa qoysanız istəyinizin əksinə nail olacaqsınız.

Övladınıza hər cür oyuncaqlarla oynamağına icazə verə bilərsiniz. Bu təbii ki, uzun sürməyəcək və zaman keçdikcə oğlanların seçdiyi oyunlara meyl edəcək. Yox əgər, görsəniz ki, oğlunuzun belə oyuncaqlara bağlılığı daha da artır o zaman bir mütəxəssisə müraciət edə bilərsiniz.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Загрузка...
Şərh Yaz