Dostlarla Evdə Əyləncəli Vaxt Keçirməyin 8 Yolu
Özümüzü olduğumuzdan daha azad hiss etdiyimiz anlar şübhəsiz dostlarımızla olduğumuz anlardır. Daha azad və daim dinamik hiss etdiyimiz yeganə yerlər, yoldaşlarımızla olduğumuz yerlərdir. Bəs yoldaşlarımızla çölə çıxmadan, evdə necə əyləncəli vaxt keçirə bilərik?
1. Mükafatlı Playstation turnirləri təşkil etmək.
Bu turnirlər səhərə qədər davam edə bilər, həyəcan və gərginlik dolu anlar yaşadar. Səhər olar, lakin rəqabət heç cür bitməz. Tək mükafat yemək bişirmək ya da qab-qacaq yumaq olacaq, amma bu əyləncəli olduğu gerçəyini dəyişdirməz təbii ki.
2. Yastıq döyüşü ilə nəticələnəcək pijama partiləri təşkil etmək. Yorulana qədər davam!
Uşaqlıq illərini xatırladan bir ev fəaliyyətidir. İlk təngnəfəs olan ya da yastığı partlayan uduzar.
3. Birlikdə film izləmək.
Yoldaşlarla evdə edilə biləcək ən mədəni fəaliyyət hesab oluna bilər birlikdə izlənilən filmlər.
4. Alqışlarla ən yaxşı səsin seçildiyi kiçik bir karaoke partiyası təşkil etmək.
Yoldaşlarla evdə əylənmənin ən yaxşı yolu karaoke partisi təşkil etməkdir. Hər kəs mikrofonu əlinə alar və ən yaxşı səs alqışlarla gözlənilər.
5. Birlikdə həyəcan dolu bir futbol matçı izləmək.
Yoldaşlar ilə evdə yalnız oturaraq edilən ən əyləncəli şeylərdən biri matç izləməkdir. Üstəlik bir də çox həyəcanlı bir futboldursa, alınan kef daha çox olacaq.
6. Evdə kiçik bir subaylığa vida partisi təşkil etmək.
Evlənməyə saatları qalmış bir yoldaşın subay olaraq keçirdiyi son anlarını qeyd etmək də evdə edilə biləcək əyləncəli və kefli şeylərdən biridir.
7. Mükəmməl bir ad günü partisi təşkil etmək.
Yoldaşlarınızdan bir adama sürpriz ad günü hazırlaya bilər və bunu fürsət bilərək evi möcüzə bir parti mühitinə çevirə bilərsiniz.
8. Mətbəxə girib fərqli yeməklər bişirmək.
Arada yoldaşlarınızla mətbəxə keçib yeni ləzzətlər də yaratmanız çox əyləncəli olacaq.