Ana səhifa

Yatış Pozisiyanız Sizin Xarakterinizdən Xəbər Verir

Xəbər / Maraqlı / Testlər / Maraqlı Yazılar / Psixologiya
05 Ocak 2017
750
0
Yatış Pozisiyanız Sizin Xarakterinizdən Xəbər Verir
Məlumdur ki, həyatımızın 1\3 hissəsini yuxuda keçiririk.Məhz bu səbəbdən də mütəxəssislər yuxu üzərində bir çox araşdırmalar aparmaqdadırlar. Feat.Az bildirir ki, Aparılan bu araşdırmalar həyatımızın bu ayrılmaz hissəsi haqqında bilmədiyimiz fərqli və maraqlı bilgilər almağımıza yardım edir.

Yuxu haqqında maraqlı faktlar çoxdur.Lakin, bu günkü məlumatımız yatma pozisiyamızın xarakterimizə olan təsiri haqqında olacaq.Beləliklə, məlumatımızın ardını oxuyun ki, siz də yatma pozisiyanızın xarakterinizlə necə üst – üstə düşməsi haqqında məlumatlı olasınız.

Bir böyrünüz tərəfi üzərində yatma pozisiyası


Bu yatış zamanı insanlar əllər və ayaqlar düz şəkildə hər hansı bir böyrü tərəf üzərində yatmış olurlar.Araşdırmalara görə, bu formada yatan insanlar daha tez anlaşıla bilər insanlar olurlar.Belə insanlar ətrafla tez ünsiyyətə girməyi bacaran və sosial yönümlü insanlar olurlar.İnsanların təxminən 100\15 – in bu formada yatdığı təsbit edilmişdir.Bu formada yatmaq bir qədər çətin olur, çünki bu formada yatarkən boyunu dəstəkləyən yastığa ehtiyac olur ki, yuxudan durduğunuz zaman ağrı və problemlə üzləşməyəsiniz.

Dənizulduzu formasında yatma pozisiyası


Bu formada yatan insanlar əllər ayaqlar açıq vəziyyətdə və üzüyuxarı formada yatırlar.Belə insanlar dost çevrəsi adətən çox geniş olur.Onlar həmçinin mərhəmətli və insanlara yardım etməkdən zövq alırlar.Araşdırmalara görə insanların 100 \ 5 – in bu formada yatdığını təsbir edir.Bu formada yatış isə bel ağrılarına yol aça bilir.Həmçinin belə yatan insanlar xoruldamağa da meyilli olurlar.

Üzüüstü yatma pozisiyası


Belə yatma pozisiyası ilə yatan insanlar çevrilmiş vəziyyətdə üzü üstə və çox zaman da əlləri yastıq altında yatmış olurlar.Bu insanlar cəmiyyəti, çoxluğu sevərlər.Ümumi mənada sosial və uyumlu insanlar olurlar.Lakin iş həyatlarında bir qədər gərgin ola bilirlər.Tənqidi də sevməzlər.Sağlamlıq baxımından bu formada yatma bədənə faydalı deyil.Xüsusilə də onurğa üçün çox ziyanlııdr.Lakin faydalı tərəfi odur ki, bu yatış bel yırtığı zamanı faydalı sayıla bilər.
fit.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz