2017-nin 5 ən yaxşı saç kəsimi forması

2017-nin 5 ən yaxşı saç kəsimi forması
Yeni il, “yeni”lərlə dolu 12 ay və təbii ki, yeni saç kəsimi forması. Çünki tərzlə bağlı yenilənmə deyiləndə ağlımıza ilk gələn saçları dəyişməkdir və bu il belə bir planınız varsa trend olacaq saç modellərindən ilhamlana bilərsiniz. Bunun üçün də sizə bu il dəbdə olacaq və özünüzə uyğun bir saç modelini tapa biləcəyiniz 5 ən yaxşı saç modeli kəsimini təqdim edirik.

Modern Shag

2017-nin 5 ən yaxşı saç kəsimi forması

Modern Shag saç kəsimi forması müxtəlif formalarda olur. Belə ki, hər saç tipi üçün mükəmməl shag forması var. Belə bir saç kəsiminə müraciət etməli olsanız sadəcə üz formanızı nəzərə almağınız kifayətdir.

Təbii və sərbəst buruqlar

2017-nin 5 ən yaxşı saç kəsimi forması

Bu ilin ilk yarısında istər podiumlarda, istərsə də gündəlik həyatda saçlarda təbiiliyə və sərbəstliyə çox rast gələcəyik. Bu təbiiliyi və sərbəstliyi xüsusilə də, buruq saçlarda hiss edəcəyik.

Çənədən bob saçlar

2017-nin 5 ən yaxşı saç kəsimi forması

Son bir neçə mövsümdür ki, bob saçlar dəbdən düşmür ki, düşmür. 2017-də də çənəyə qədər olan bob saç kəsimi forması iddialı olacaq.

A kəsim

2017-nin 5 ən yaxşı saç kəsimi forması

Bu il A kəsim də saçlarda dəb olacaq. Məşhur hip-hop qrupu “The Black Eyed Peas”in vokalisti Fergie-nin saçları kimi A kəsim saçlara sahib olmaq istəsəniz çəkinmədən bu saç kəsimi formasına müraciət edə bilərsiniz.

30-lar havası

2017-nin 5 ən yaxşı saç kəsimi forması

Bildiyiniz kimi, son dövrlər dəb aləmində keçmişə “səyahət” edirik. Elə, belə bir “səyahət”lərdən birini saçlarımızla bağlı edəcəyik. Belə ki, 2017-nin saç kəsimi formasının “ən”ləri arasında 30-cu illərin havasını hiss edəcəyik. Siz də retro tərzi sevənlərdənsinizə saçlarınızı 30-cu illərin dəbində kəsdirə bilərsiniz.
foxy.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.