"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən... - FOTO

12 Ocak 2017
2 799
0
"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən... - FOTO
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki yaxşı xəbər var.

Feat.Az bildirir ki, Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, "WhatsApp" bu gündən etibarən "iPhone 3GS"-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən... - FOTO


Bundan əlavə, "WhatsApp"a iki maraqlı yenilik edilib. Bunlardan biri, şəkillərin göndərilməsi zamanı qoyulan limitlə bağlıdır. Belə ki, artıq istifadəçilər bir-birlərinə 30 şəkli eyni anda işarələyib göndərə biləcəklər (Əvvəllər 10 dənədən artıq şəkil göndərmək mümkün deyildi).

"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən... - FOTO


İkinci yenilik isə İnstaqram-da olan "Store" özəlliyinə bənzəyir. Belə ki, artıq "WhatsApp"da da buna bənzər funksiya olacaq və yüklənən şəkillər İnstaqram və Facebook-dan fərqli olaraq 24 saatdan sonra silinməyəcək.
milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.