Hər işdə bir xeyir var

17 Ocak 2017
2 662
0
Hər işdə bir xeyir var
Allah möminlərlə birlikdədir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz.

Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərin lehinə olması, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə birlikdədir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz.

Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaradır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzində möminlərə göstərir. Buna görə möminlər də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.

Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisələr izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaq ikən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda, günahlandırılaraq zindana atılmışdır.

Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imandan irəli gələn şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki hz. Yusif bütün bu hadisələrin Allah`ın idarəsi altında reallaşdığını və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu “müsibət”lərin arxasındakı xeyiri ona göstərmiş və hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi.

Mindiyi gəmidə kim dənizə atılacaq deyə püşk atılan, püşk ona düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan hz. Yunisin vəziyyəti də hz. Yusifə bənzəyir. Quranda hz. Yunisin Allah`ı təsbih edənlərdən olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:

Əgər o, Allah`a tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat surəsi, 143-148)

Quranda izah edilən bütün bu nümunələr insana mühüm bir dərs verir: bir hadisənin müsibət kimi görünməsi, onun həqiqətən də elə olduğu mənasını verməz. Əgər mömin Allah`a güvənsə, O’ndan kömək diləyib, O’na sığınsa, onun başına gələcək heç bir hadisə pis deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını möhkəmləndirmək üçün müxtəlif çətinliklər meydana gətirər, amma bunların hamısının xeyirli bir nəticəsi olar.

İnkarçılar üçün isə bu vəziyyət tamamilə əksinədir. Heç bir hadisə onlar üçün xeyirli deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. Allah Quranda bu hökmü verir:

Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah`a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran surəsi, 180)

islamexlaqi.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.