Boğaz ağrısından qurtulmaq üçün SADƏ RESEPT
Feat.Az boğaz ağrısından qurtulmağın təbii yolunu təqdim edir.
Ərzaqlar:
1 stəkan isti su
2 çay qaşığı darçın
2 çay qaşığı bal
Hazırlanması:
İlk olaraq bir stəkan suyu yaxşıca qaynadın, isti suya darçını əlavə edib qarışdırın və ilıqlanmasını gözləyin. İlıq olmuş su və darçın qarışımına darçının ikiqatı qədərində bal əlavə edin. Balı darçınlı su ilıqlandıqdan sonra qatın, çünki isti su baldakı fermentlərin yox olmasına səbəb olur.
Son olaraq ballı darçınlı qarşımı süzgəcdən keçirin. Yatmadan əvvəl yarısını, səhər qalxanda isə yarısını için.
Boğaz ağrısından tez bir zamanda xilas olacaqsınız.
lent.az