Polisə rüşvət verərək piramidaya qalxan ilk türk başına bəla açdı - VİDEO

11 Şubat 2017
1 453
0
Polisə rüşvət verərək piramidaya qalxan ilk türk başına bəla açdı - VİDEO
Ona "dəli" də demək olar
Fatih Kömürcü adlı türkiyəli gənc çox çılğın bir addım atıb. Bizimyol.info xəbər verir ki, Misirə gedən gənc, Mikarinos piramidasına qalxmaq istəyib. Polislər tərəfindən daima nəzarətdə olan piramidaya qalxmaq heç də asan olmayıb.

Bir neçə saat piramidaya qalxmağın yollarını axtaran Fatih, sonda polislərdən birinə rüşvət təklif edib. Fatih polisə aşağı endikdən sonra 100 Misir Poundu verəcəyinə söz verib. Piramidaya qalxan gənc, ən uc nöqtədən görüntülər çəkib. O, 3 dəqiqə ərzində piramidaya qalxıb.

Aşağı endikdən sonra ərazidən uzaqlaşan Fatih, hotelə gedib və kiçik bir araşdırma aparıb. Məlum olub ki, Xeops piramidasına indiyə kimi cəmi 2 nəfər qalxa bilib. Onlardan biri rus, digəri isə alman olub.




Piramidaya qalxan ilk türk olmaq istəyən Fatih, planını dostu Ferdiyə danışıb. Bir gün sonra piramida yaxınlarına gələn türk gənclər, planlarını gerçəkləşdirməyə başlayıblar.

Piramidaya qalxan gənclər bir çox şəkil çəkə biliblər. Lakin aşağı endikdən sonra onlar həbs olunublar. İfadə verən gənclərin çəkdiyi görüntülərin hamısı silinib. Vəkilin köməkliyi ilə gənclər sərbəst buraxılıb.

Fatih evə qayıtdıqdan sonra silinmiş görüntülərin bəzilərini geri qaytarmağı bacarıb.

Feat.Az həmin görüntüləri təqdim edir:


bizimyol

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.