13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər

13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Feat.Az saytı cnnturk.coma istinadən 13 tarixi ibadət məkanlarını təqdim edir.


13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Selimiyye Camisi
Memar Sinan tərəfindən 1569-1575-ci illər arasında inşa edilmişdir. Memar Sinan , 80 yaşında inşa elədiyi bu camini "Ustalıq Əsəri" adlandırırmış. Selimiyye Camisi XVI əsrdə Sultan II Səlimin adına inşa edilib. Memar Sinanın memarlıq sənətinin ən görkəmli əsərlərindən biri olan və yaradıcı dühasının ən gözəl nümunəsi olan Selimiyye Camisi texniki quruluşu və estetik dəyərləri ilə öz dövrünün və sonrakı dövrlərin ən bənzərsiz əsərlərindən biri olmuşdur. Kəsmə daşdan inşa edilən cami, çini , taxta, sədəf bəzəmə tətbiqləri və xüsusi qələm işləri ilə Osmanlı memarlığının; mehrab və minbərin mərmərə tutulması, çini ilə bəzəkləri ilə XVI əsr çiniciliyinin ən gözəl nümunələrindəndir. Yüksəkliyi 43.28 metr və diametri 31.30 metr olan qübbəsiylə diqqətləri üzərinə çəkən Selimiyye Camisi, 2012-ci ildə YUNESKO tərəfindən Dünya Miras siyahısına daxil edilib.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Eski Cami
Eski Cami, Edirnənin ilk və Osmanlı dövrünün günümüzə qədər gəlib çıxa bilmiş ən qədim monumental quruluşudur. 1403-cü ildə Süleyman Çelebi tərəfindən inşasına başlanan Eski Caminin inşası 1414-cü ildə Çelebi Mehmet tərəfindən sonlandırılmışdır. Selimiye Camisinin qarşısında olan Eski Caminin memarı konyalı Hacı Alaaddin, arxitektura planı tətbiq edən adam isə Ömər Bin İbrahimdir. Günümüzə qədər gəlib çatmış ilk orijinal abidə olaraq bilinən cami, XV əsrdə inşa edilmiş ən önəmli camilərdən biridir.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Üç Şerefeli Cami
Üç Şerefeli Cami, 1438-1447-ci illər arasında II. Murat tərəfindən inşa etdirilmişdir. Osmanlı memarlığının erkən və klassik dövr sənətini əks etdirən ən gözəl nümunələrindən biridir. Bir çox ilkin bir araya gəldiyi abidələrdən biridir. Üç minarəyə sahib olması ilə Səlcuqlu arxitekturasındakı çox qübbəli dövrdən tək qübbəli dövrə keçidin ilk təcrübələrindəndir.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Sweti George Bulgar Kilsəsi
Sweti George Bulgar Kilsəsi 1880-ci ildə inşası başa çatmış və həmin ildə ibadətə açılmışdır. Edirnenin Kıyık şəhərində tapılan Sweti George Bulgar Kilsəsi , dövrün kralının qızını əjdarhadan qurtaran bolgar əsgərin xatirəsinə Sultan II. Abdülhamit Han tərəfindən inşa etdirilmişdir. Bolqar vətəndaşlarının sıxlıq təşkil etdiyi Kıyık şəhərində tikilən kilsə, xalq arasında Bolqar Kilsəsi kimi tanınmışdır. Balkan müharibəsi dövründə kilsəyə gələnlərin sayının azalması nəticəsində kilsə tədircən xarabalığa çevrilmişdir. Bərpa işlərinin ardından 2004-ci ildə təkrar ibadətə açılmışdır.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Edirne Büyük Sinagogu
Edirne Büyük Sinagogu , Avropanın ən böyük və dünyanın üçüncü böyük sinagogudur. 1492-ci ildə II. Bəyazidin fərmanı üzərinə inşa edilən və İspaniya ilə Portuqaliyadan Edirneyə yerləşdirilən Yəhudilərin 13 sinagogu, 1903-cü il yanğınında məhv olduqda 1907-ci ildə yəhudilər müqəddəs qəbul edilən Böyük Sinaqoqu inşa etmişdir. Böyük Sinaqoq, Vyana sinagogundan nümunə götürülərək Fransız memar France Depr tərəfindən inşa edilmişdir.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Muradiye Məscidii
Mevlevihane olaraq da bilinən Muradiye Məscidii, fövqəladə quruluşa sahib çiniləri ilə məşhurdur. 1426-ci ildə Sultan II. Murat tərəfindən inşa etdirilmişdir. Muradiye Məscidi sadə bir xarici fasad arxitekturasına sahib olmaqla birlikdə zəngin bir daxili arxitekturaya malikdir. Daxili arxitekturasını, Osmanlı dövründəki çini sənətinə məxsus xüsusi mavi-ağ altıbucaqlı çinilər ilə örtülmüş divarlar meydana gətirməkdədir.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Gazimihal Məscidi
Gazimihal Məscidi; Kapıkule yolunda Tunca çayı kənarında yerləşir. 1421-ci ildə Osmanlı qazilərindən Qazi Mihal Bəy tərəfindən inşa etdirilmişdir. Edirnenin Mihal Bəy Körpüsünün qarşısında yerləşən Gazimihal Camisi, tamamilə kəsmə daşla inşa edilmişdir. Divarlarında nadir mərmər işləmələrə rast gəlinən məscidin şimal cəbhədəki tac qapısının üzərində düzbucaqlı şəklində daş bir kitabəsi var.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Bahai Evi (beyaz Ev)
Bəhailər üçün Edirne və Bahaullahın burada qaldığı evlər müqəddəsdir. Müsəlmanlar üçün Kəbə nə dəyərdədisə bəhailər üçün də Edirne o dəyərdədi. Çünki Bahaullah o dövrdə Osmanlıların sərhədləri içində olan İrandan 1864-ci ildə, əvvəl İstanbula, sonra Edirneyə gəlmiş və Edirnede təxminən 4,5 il yaşamışdır. Bundan başqa Bəhailik dininin dünyaya ilk elanını Edirnedən edərək; gozlənilən imam Mehdinin Allah tərəfindən özü seçildiyini elan etmişdir. Dünyanın hər yerindən gələn insanlara bu evin qapıları açıqdır.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Enez Kalesi və Enez Ayasofyası
Enez Kalesi və Enez Ayasofyası'na dair bir məlumat yoxdur, lakin tarix araşdırmaçısı olan Prokopios tərəfindən Balkanlardan gələn barbar axınlarına mane olmaq məqsədiylə inşa edildiyi qələmə alınmışdır. Qədim əsrlərdə Akropol adı verilən yüksək bir təpənin üzərinə inşa edilən Enez Kalesi'nin tikintisndəi istifadə edilən devşirme quruluş vəsaitləri, Enez Kalesi'nin Bizans dövründən əvvəl tikildiyini göstərməkdədir. Enez Kalesi'nin içərisində Enez'in simvolu halına gəlmiş olan Enez Ayasofyası var.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Keşan Hersekzade Məscidi
Keşana bağlı olan Çinar küçəsində olan Keşan Hersekzade Məscidii, 16. əsrin əvvəllərində Osmanlı Vəziri Ahmet Paşa tərəfindən inşa etdirilmişdir. Hersekzade Ahmet Paşa Məscidi olaraq da bilinməkdədir. Keşan Hersekzade Məscidinin kitabəsi günümüzə qədər çata bilmədiyi üçün, cami haqqında ətraflı məlumata rast gəlinmir. Kvadrat şəklində bir plana sahib olan Keşan Hersekzade Məscidi, həm xarici arxitekturası həm də daxili arxitekturası ilə diqqət çəkməkdədir. Qurğuşun ilə örtülü bir qübbəyə malik olan cami, qübbəsindəki qələm işləmələri ilə bənzərsiz bir arxitekturaya malikdir.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
İpsala Alaca Mustafa Paşa Məscidi
İpsala Alaca Mustafa Paşa Camisinin nə vaxt və kim tərəfindən inşa edildiyinə dair dəqiq məlumat yoxdur. Sultan II. Murat dövründə, 15-ci əsrdə inşa edildiyi düşünülməkdədir. Kvadrat bir plana sahib olan Alaca Mustafa Paşa Camisi, ilk inşa edildiyində mərkəzi bir qübbə ilə örtülü ikən sökülüb təkrar bərpa edildiyində dam ilə örtülmüşdür. Blok daşlar arasına kərpic hatıllar yerləşdirilərək xarici fasadı tamamlanan caminin giriş qapısı Keşan ocaqlarından çıxarılan daşlardan hazırlanmış dairəvi tağ quruluşu ilə olduqca diqqət çəkir.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
İoannis Kilsəsi
İoannis Kilsəsi, 1875-ci ildə Vəftizçi Əziz İoannis üçün inşa etdirilmişdir. Uzunköprü'nün Muradiye Məhəlləsində olan İoannis Kilsəsi, sökük daşlardan inşa edilmiş olub tikintisində bəzən bəzək məqsədli olaraq kərpiclər istifadə edilmişdir. İoannis Kilsəsinə aid zənglərdən biri İskeçe Kilsəsində istifadə edilməkdə olub, içində olan bütün daşına bilən vəsaitlər Yunanıstana aparılmışdır.



13 Tarixi İbadət Evləri və Müqəddəs Yerlər
Has Yunus Bey Türbesi
Osmanlıda 1453-1456 illər arasında dəniz kapitanlığı edən Has Yunus bəy yeni qurulan Osmanlı donanmasının komandirliyini də etmişdir. Has Yunus bəy vəzifədə olarkən Enez qəsəbəsi Osmanlının himayəsinə keçmişdir. Qəbirinin Enez'deki Osmanlı qəbiristanlığında olduğu deyilir.
Xalq arasında, türbənin Fatih Sultan Mehmetin kapitanı Yunus Bəyə aid olduğuna, Enez'in fəthi zamanı şəhid olduğuna inanılmaqda və türbəsinin olduğu yerdə dəfn edildiyi rəvayət edilməkdədir.
Bundan başqa qəsəbədəki Müsəlman xalq tərəfindən 'Makam Türbə' olaraq tikilmiş ola biləcəyi də düşünülür.

Hazırladı: Əliyeva Günay
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.