İstədiyiniz Facebook profili haqqında bütün məlumatları verən sayt - DİQQƏT

20 Şubat 2017
1 643
0
İstədiyiniz Facebook profili haqqında bütün məlumatları verən sayt - DİQQƏT
İstədiyiniz şəxsin Facebook profil linkini daxil edərək haqqında bir çox detalı əldə edə biləcəyiniz, olduqca təhlükəli bir sayt mövcuddur.

"Stalklamaq” mövzusunda bir səviyyə atlamaq istəyənlər bu xəbəri diqqətlə oxusunlar, bu internet resusrsu tam sizə görədir desək, yanılmarıq. Uzun müddətdir bir çoxumuz Facebook istifadə edirik, lakin sosial medianın həyatımızdakı ciddiyyətinin artması ilə birlikdə hər birimizdə təhlükəsizlik baxımından narahatlıq yaşanır.

İstədiyiniz Facebook profili haqqında bütün məlumatları verən sayt - DİQQƏT

Bu mövzuda istifadə etdiyimiz sosial media platformaları, paylaşdığımız ya da bəyənib şərh yazdığımız məlumatları kimlərin görüb-görməyəcəyini seçmək şansını verir. Lakin dediyimiz kimi bu vəziyyət son bir neçə ildə tamamilə ciddiləşdiyindən hələ də hesablarını lazımlı formada dəyişdirməmiş, ya da əvvəlki paylaşımlarını, şəkillərini bu dəyişikliklərə daxil etməmiş insanları tapmaq mümkündür. Elə tam da bu nöqtədə dövrəyə "Stalkscan" təhlükəsi girir.

Əslində "Stalkscan" bir təhdid olmaqdan başqa, insanların öz təhlükəsizlik boşluqlarından istifadə edir. İstədiyiniz şəxsin Facebook profil adresini daxil etdiyinizdə qarşınıza məlumatları çıxaran "Stalkscan", bu məlumatları, profildəki təhlükəsizlik vəziyyətindən asılı olaraq sizə təqdim edir.

İstədiyiniz Facebook profili haqqında bütün məlumatları verən sayt - DİQQƏT

Məsələn izlədiyiniz filmləri "Hərkəsə Açıq” olaraq tənzimləmisinizsə "Stalkscan", profilinizi analiz edən şəxsə izlədiyiniz filmləri təqdim edəcək. Yəni qısaca izah etsək; "Stalkscan" təhlükəsizlik vəziyyətini dəyişdirmədiyiniz hər şeyi göstərir. Buna etiketləndiyiniz, paylaşdığınız şəkillər də daxildir. "Stalkscan"-a buradan daxil ola bilərsiniz. Tək etməli olduğunuz, analiz etmək istədiyiniz profilin "url" linkini axtarış qutusuna yazmaqdır.

Mənbə: Webtekno.com
Tərcümə: technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.