Bakı metrosunda sosial videoçarx hazırlandı

24 Şubat 2017
1 694
0
Bakı metrosunda sosial videoçarx hazırlandı
“Bakı Metropoliteni”nin fəaliyyətinin 50 illiyi ilə bağlı videoçarx hazırlanıb.

Feat.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

“Həyatınız bizim üçün dəyərlidir” adlı videoçarxda metronun fəaliyyətə başladığı tarix və bu vaxta qədər sərnişinlərin təhlükəsizliyi üçün görülmüş tədbirlərdən bəhs edilir.

N.Paşayev bildirib ki, videoçarxda həmçinin sərnişinlərin metrodan istifadə qaydaları da təqdim edilib:

“Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, bu qaydalara əməl etməmək insan həyatı üçün təhlükə yarada bilər. Ona görə də həmin qaydaları bilmək vacibdir. Videoçarxda da həmin qaydalar izah edilir”.

Sosial çarxda qatar yoluna düşən şəxsin özünü qorumaq üçün nələri etməli olduğu da izah olunur.


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.