David Rockefeller haqqında yayılmış şəhər əfsanəsi

25 Mart 2017
1 508
0
David Rockefeller haqqında yayılmış şəhər əfsanəsi
Keçən həftə haqqında saysız əfsanələr gəzən, Rockefeller ailəsinin ən yaşlı nümayəndəsi David Rockefeller 101 yaşında vəfat etdi.

Rockefeller’lər ailəsinin yüz illərdir davam edən biznes imperiyasının böyüməsinə bir çox şübhəli məqamların olması, siyasətə təsiri onlar barədə çox sayda fakta söykənməyən iddiaların da ortaya çıxmasına səbəb olur. Hətta Rotschild ailəsi ilə birlikdə bütün dünyanı idarə etdikləri belə konspiroloqlar tərəfindən yazılır.

David Rockefeller haqqında isə internetdə yazılan bir iddia isə digərlərindən kəskin fərqlənir. 101 yaşlı biznesmenin bir əsrlik ömrü ərzinə 6 ürək, 3 böyrək, iki dəfə də qaraciyər nəqli keçirdiyi yazılırdı. Hətta David Rockefeller’in “200 yaşına qədər yaşamaq istəyirəm” dediyi belə iddia olunurdu.

Ancaq bu iddia yalandır! İlk dəfə Amerikanın yumoristik əyləncə portalı The World News Daily Report‘də yazılan bu xəbər sürətlə bütün dünyaya yayılır. Bu əyləncə portalı özlərinin də qeyd etdiyi kimi real insanlar və hadisələrlə bağlı yumoristik xəbərlər hazırlayır. 2015-ci ildə yazılan bu “xəbər” iki il ərzində sosial şəbəkələrdə tez tez qarşımıza çıxırdı. David Rockefeller’in ölümünün ardından isə daha da çox adam tərəfindən paylaşılırdı.

Qısacası, David Rockefeller barədə tez-tez qarşımıza çıxan bu iddia heç bir fakta əsaslanmır. California Universitetinin ürək köçürmələri ilə bağlı açıqladığı hesabatlardan əldə olunan məlumatlarına əsasən dörd dəfə ürək nəqli keçirən heç bir xəstə bir neçə aydan çox yaşamayıb.

pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.