Tərzinə uyğun geyim tapmaq dərsi

Tərzinə uyğun geyim tapmaq dərsi
Yəqin ki, geyim almağa gedəndə öz tərzinə uyğun geyim tapmaqda çoxları çətinlik çəkir. Bəzilərimiz dəb jurnallarındakı ulduzları görüb təəssüf hissi də keçirdirik ki: “Axı niyə mən də, tərzimə uyğun mükəmməl geyim tapa bilmirəm?!”. Bizim verdiyimiz ipucları ilə elə indədən başlayaraq 2016-da qarderobunuzu öz tərzinizə uyğun parçalarla tamamlaya bilərsiniz. Əsas diqqət etməli olduğunuz nüans qarderobunuzu sadəcə bir tərz üzərində tamamlamamağınızdır. Ən yaxşısı müxtəlif hallar üçün bir neçə fərqli dəbli obraz yaradın. Amma qarderobunuzda nəyin artıq, nəyin əskik olduğunu anlamaq üçün isə təqdim etdiyimiz bu ipucları kömək olacaq:

1. Demək olar ki, hər gün iştirakçısı olduğunuz həyatınızın əsas ssenarisi ətrafında düşünün. Məsələn, ofisdəki işin, idman zalında məşq, rəfiqələrinlə, sevgilinlə görüş, əyləncələr, həftə sonu qaçış və s.

2. Şkafınızı açın, geyimləriniz və ayaqqabılarınıza baxın. Və başlayın həyatınızın bütün ssenarilərinə uyğun geyimlərinizı dəstləşdirməyə. Siz dərhal görəcəksiniz ki, nə çatmır.

3. Sizə sıxıcı olmasın deyə bacınız və ya rəfiqəniz sizə qarderobunuzu səliqəyə salmağa və tərzinizi formalaşdırmağa kömək etsinlər. Əmin olduqdan sonra ki, sizdə nələr var fotosunu çəkin.

4. Bu işlər bitdikdən sonra digər proseslər gəlir. Sizin bədən quruluşunuzu korlayan, artıq çəkinizi üzə çıxardan geyimləri atın bir kənara.

5. İndi qarderobunuzda dəbli və yeni parçalara yer var. Biz sizin üçün bu mövsümə görə sadə bir rəhbər hazırlamışıq. Baxın və qərar verin ki, nələr sizin tərzinizə görədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.