Şəkər tozunu zeytun yağı ilə qarışdırın və…

11 Eylül 2021
2 130
0
Şəkər tozunu zeytun yağı ilə qarışdırın və…
Dodaq quruluğu xüsusilə qış aylarında yaşanır. Soyuq havalar dərinin qurumasına səbəb olur. Dodaqlar isə daha həssas olduğu üçün daha tez quruyur.

Feat.Az-ın məlumatıan görə, dodaq quruluğunu aradan qaldırmaq üçün bitki mənşəli həll yollarını təqdim edir.

Dodaqlar yumşaq və canlı qalması üçün günəşdən qorunmalıdır. Yüksək faktorlu qoruyucu balzam və kremlər sürtün. Bir də soyuq havalarda dodaqları tez-tez yalamaq olmaz, əks halda dodaq quruluğu problemindən canınız qurtarmaz.

Dodaq quruluğu üçün təbii həll yolları


İstifadə etdiyiniz dodaq boyasına diqqət edin. Bəzi məhsullar dodaqların qurumasına və nəmini itirməsinə səbəb olur. Bitki tərkibli dodaq boyaları istifadə edin.

Dodaq üçün kakao, zeytun yağı da istifadə edə bilərsiniz.

Dodaq qurumasının bir digər səbəbi də ölü dəri hüceyrələrinin və kirin toplanması ola bilər. Bunun üçün ən effektli üsul pilinqdir. Bir az şəkər tozu və zeytun yağını qarışdırın və bununla dodaqlarınıza masaj edin. Təxminən 10 dəqiqə dodaqlarınızda saxlayın. Sonra ilıq su ilə durulayın.

Xiyar da dodaqların yumşaq qalması üçün məsləhət görülür. Dərini yumşaldır və qidalandırır. Eyni zamanda dəri hüceyrələrinin yenilənməsinə yardımçı olur. Bir az xiyar rəndələyin və dodaqlara çəkin. Təxminən 10 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Hər gün müntəzəm olaraq 2, ya 3 dəfə edə bilərsiniz. Xiyar soyuq halda dodaqlara çəkildiyində daha yaxşı effekt verir.

Bundan başqa, aloe vera geli ən effektli nəmləndiricilərdəndir. Dərinin günəş şüalarından qorunmasına yardımçı olur, eyni zamanda dəri qüsurlarını azaldır. Dodaqlara hər gün bir az aloe vera geli çəkin. Durulamağa ehtiyac yoxdur.

Dodaqlardakı quruluqdan qurtulmaq üçün vazelin də istifadə edə bilərsiniz. Gecələr yatmadan əvvəl bir az vazelin sürtün. Bir gecə saxlayıb ertəsi gün ilıq su ilə yuyun. 1 həftə boyunca ardıcıl olaraq edin.

1 çay qaşığı zeytun yağı, 2 çay qaşığı şəkər tozu və 1 xörək qaşığı balı qarışdırın. Əldə edilən qarışımı dodaqlara çəkin. 10 dəqiqə sonra ilıq su ilə durulayın.

Dodaqların yumşaq və canlı görünməsi üçün qidalanmanıza da diqqət etməlisiniz. Xüsusən də C, B vitaminləri ilə zəngin qidalar yeyin. Omega 3 yağ turşuları ilə zəngin yağlı balıqlar və kətan toxumunu qidalanmanıza əlavə edin.

Dərini nəmli saxlamaq üçün müntəzəm olaraq meyvə və tərəvəz suyunu için. Maye itkisinə səbəb olan qəhvə və çay qəbulunu azaldın.

Hər gün 3 litrə yaxın su için.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.