Göbələyin daha bir faydası

14 Haziran 2017
1 328
0
Göbələyin daha bir faydası
Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olması ilə yanaşı, göbələk, həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, təzə halda istifadə ediləcək göbələklər təmiz, sağlam, şax, əzilməmiş, torpaqdan təmizlənmiş olmalıdır. Təzə göbələkləri növündən və saxlanma temperaturundan asılı olaraq ən çoxu 2-5 sutka saxlamaq olar. Saxlama zamanı stabil temperaturun təmin olunması vacib şərtlərdən biridir. Bu məhsulların saxlanması üçün optimal temperatur isə 0-50C dərəcə hesab olunur. Göbələk təmiz, quru, ziyanvericilərin təsirinə uğramayan və kənar qoxusu olmayan yerlərdə saxlanmalıdır.

Saxlama müddətinin uzadılması üçün göbələklər əsasən qurudulur, duza və sirkəyə qoyulur. Qurudulmuş göbələklərin saxlanılma müddəti 1 ildir. Duza və sirkəyə qoyulmuş göbələkləri isə 0-150C dərəcədə 75 faiz nisbi rütubətdə, pasterizə olunmuşları 12 ay, pasterizə edilməyənləri isə 8 ay saxlamaq olar. Bu məhsullar əsasən şüşə və metal bankalarda, zəruri sıxlıq tələblərinə əməl edilməklə konservləşdirilir.

Göbələklər sanitar norma və qaydalara riayət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma üçün istifadə olunan tara təmiz, quru olmalı, kənar qoxu verməməlidir. Göbələklər əsasən karton qutulara, polimer paketlərə və plastmas yeşiklərə qablaşdırılır.

Göbələk qablaşdırılmış taraların markalanmasında istehsalçının əmtəə nişanı, onun xalis çəkisi, əmtəə və botanik növü, yığılma və qablaşdırma tarixi, saxlanma temperaturu, müddəti və şərtləri, standarta uyğunluğu haqda informasiya və s. məlumatlar olmalıdır.

İstehlak zamanı göbələk diqqətlə yoxlanılmalı, qurdu olanlar atılmalıdır. Yemək hazırlayarkən üst qabığı soyulmalı və yuduqdan sonra bişirilməlidir.

Mütəxəssislər hesab edir ki, göbələyin ekstraktı hüceyrələrə xoş təsir göstərir və onların müxtəlif infeksiyalara olan müqavimətini yüksəldir. Göbələyin tərkibindəki vitamin və mineral, həmçinin yaşlanmanı gecikdirir, beyin və sinir sistemini xəstəliklərdən qoruyur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.