Saqqız ləkəsini necə təmizləyək? – ASAN YOLLARI

22 Haziran 2017
1 625
0
Saqqız ləkəsini necə təmizləyək? – ASAN YOLLARI
Bir anlıq diqqətsizlik nəticəsində geyimlərimizə və ayaqqabılarımıza yapışan saqqız çox vaxt günümüzü məhv etməyə yetərli olur. Saqqız ləkəsindən qurtulmaq istəyərkən daha da çox yayılması işimizi lap çətinləşdirir. Əslində isə saqqız ləkələrindən olduqca praktik və asan yollarla qurtula bilərsiniz. Feat.Az üzərinizə yapışan saqqız ləkəsindən xilas olmanız üçün bir neçə asan yol təqdim edir.

Geyimlərinizə saqqız yapışıbsa, geyiminizi bir sellofana qoyub bir neçə saat soyuducuda saxlayın. Sonra saqqızı küt alətlə qazaraq geyimdən qopara bilərsiniz.

Əgər evinizdə xalçaya, ya da oturacağa saqqız yapışıbsa, üzərinə bir müddət buz qoyun.

Ayaqqabınıza yapışan saqqızı neft yağı sürtərək təmizləmək olar.

Ayaqqabı altındakı saqqız üçün başqa bir üsul isə qum üzərində gəzməkdir. Daha sonra quma sürtdüyünüz ayaqqabının altındakı saqqızı ovaraq qoparın.

Saqqız yapışan yerə qaynamış sirkə töküb fırçalayaraq da təmizləyə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.