Əsnəyəndə dərindən nəfəs alsanız...

23 Haziran 2017
1 324
0
Əsnəyəndə dərindən nəfəs alsanız...
Alimlər insanın əsnəməsi ilə bağlı bir çox araşdırma aparsa da, bu hadisə hələ də tam təhlil edilməyib.

Feat.Az
xəbər verir ki, bu haqda bir neçə nəzəriyyə mövcuddur. Bir qrup alimlərin araşdırması göstərib ki, əsnəmək nəfəs almağa kömək edən, bədəndəki karbon qazını çıxarıb qana daha çox oksigen daxil olmasını təmin edən vücudun fəaliyyətlərindən biridir.

Başqa tədqiqatın nəticələrinə görə, çənənin şiddətlə açılması qanın kəllə sümüyündə yaxşı dövr olunmasını təmin edərək istiliyi dağıdır. Əsnəmə zamanı dərin nəfəs aldıqda sinusa dolan hava beyni sərinlədir.

İdmançılar yarış öncəsi, musiqiçilər isə konsertdən əvvəl çoxlu əsnəyir. Bu səbəblə bir çox mütəxəssis əsnəməyin beyni canlandırıcı funksiya olduğu fikrini irəli sürüb. Məsələn, yuxunuz gələndə onu dağıdır, diqqət dağılanda yenidən toplanmasını təmin etdiyinə inanılır.

Həmçinin təcrübələrdə məlum olub ki, bir adam əsnəyəndə ona baxanları da əsnəmək tutur. Beləliklə də əsnəmə hərəkəti o qrupun özünə gəlməsinə və daha ayıq-sayıq olmasına kömək edir.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.