Saçlarınız elektriklənirsə, çiməndən sonra...

28 Haziran 2017
1 981
0
Saçlarınız elektriklənirsə, çiməndən sonra...
Çox zaman qadınlar saçlarının fenlə deyil, öz-özünə qurumağını istəyirlər. Ancaq saçlar elektrikləndikdə nəticə tam ürəkaçan olmur. Bəs saçların quruyarkən elektriklənməməsi mümkündürmü? Əslində, bu, mümkündür. Bunun üçün Feat.Az-ın yazısını oxuyun.

Şampunu keçin

Şampunsız saçların təmiz olmayacağını düşünürsünüz? Saçları dünən şampunlamısınızsa, bu gün yenidən bunu etməyə ehtiyac varmı? Çox şampunlandıqda saçlardakı təbii yağ azalır və saçlar elektriklənir.

Dəsmalla az qurulayın


Saçları dəsmalla qurutmaq elektriklənmənin başlıca səbəblərindən biridir. Dəsmal istifadə etməkdə məqsəd saçlardakı suyu götürməkdir. Duşdan sonra saç tellərindəki suyu dəsmalla yüngülcə sıxaraq almaq kifayətdir.

Fırça daraqla daramaq


Söhbət elektriklənmədən gedirsə, saçları fırça daraqla daramaq bunun ən böyük düşməni ola bilər. Saçların dolaşmaması üçün hamamdan çıxdıqdan sonra düz daraqla daramalısınız.

Krem sürtün

Elektriklənmənin qarşısını almağın ən yaxşı yollarından biri də saç kremi istifadə etməkdir. Kremi saçlara dibdən uca masaj edərək tətbiq edin. Saçların yağlı və ağır görünməsini istəmirsinizsə, lazım olandan çox istifadə etməyin.

Saç uclarına qulluq

Quruma və qırılma saç uclarında başlayır. Buna görə saç uclarına əlavə diqqət göstərməlisiniz. Elektriklənmə əleyhinə məhsullar və ya hindqozu yağı kimi təbii məhsullar işinizə yaraya bilər. Bununla yanaşı, saç uclarındakı qırıqları aradan qaldırmaq üçün tez-tez kəsdirməlisiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.