İntim əzələlərin effektiv məşqi: Kegel gimnastikası nədir?

İntim əzələlərin effektiv məşqi: Kegel gimnastikası nədir?
Feat.Az cərrah mama-ginekoloq Ramilə Abbaszadənin məqaləsini təqdim edir.

Uşaqlığın sallanması orta və yaşlı qadınlarda tez-tez təsadüf olunan problemdir. Onu həmçinin prolaps adlandırırlar, ağır dərəcələrdə isə uterotsele deyirlər. Bu vəziyyətə səbəb bilavasitə çanaq dibi əzələlərin gücünün və tonusun aşağı düşməsi, uşaqlıq bağlarının uzanması ilə uyğunlaşmasıdır. Buna görə də müalicəvi gimnastika uşaqlıq sallanması zamanı konservativ müalicənin və xəstəliyin profilaktikasının əsasıdır. Kegel kompleksinin – xüsusi seçilmiş hərəkətlərin müntəzəm yerinə yetirilməsi çanaq dibi əzələlərini möhkəmləndirir, prolapsın yüngül dərəcələrində isə hətta yerlərini dəyişən orqanların əvvəlki vəziyyətini bərpa edir.

Uşaqlıq sallanması nədir və onun nə təhlükəsi var?

Uşaqlıq sallanması onun cismi normal vəziyyətindən aşağıya doğru yerini dəyişdikdə deyilir. Prolapsın dərəcəsi artdıqca qonşu orqanlarda da dəyişikliklər yaranır. Uretranın, sidik kisəsinin və düz bağırsağın yerdəyişməsi və deformasiyası baş verir, uşaqlıq yolu isə yuxarı üçdə birindən başlayaraq konfiqurasiyasını dəyişir. Həmçinin kiçik çanaqda bütün törəmələrin qan axını pozulur, sidik axarları və yoğun bağırsağın funksiyalarında ikincili pozğunluqlar müşahidə olunur.

Uşaqlıq sallanmasına görə Kegel gimnastikası


XX əsrin 40-cı illərində amerikalı ginekoloq Arnold Kegel doğuşdan sonrakı sidik saxlamazlığının profilaktika və müalicəsi üçün idman məşqləri kompleksini hazırladı. Sonradan onu qadın və kişilərdə digər pozğunluqların korreksiyası üçün istifadə olunmağa başlandı. Hazırkı dövrdə çanaq dibi əzələlərinin Kegelə görə möhkəmləndirilməsi uterogenital sahənin bir sıra xəstəliklərinin profilaktika və konservativ müalicəsinin əsasını təşkil edir. O, uşaqlıq sallanmasında da tətbiq olunur.
Nəzərə almaq lazımdır ki, təkcə kiçik çanaq və uşaqlıq yolu əzələləri deyil, həm də qarın presinin aşağı hissələri də möhkəmlənmə tələb edir. Onların tonusunun artması qarındaxili təzyiqin tənzimlənməsinə və bağırsaq fəaliyyətinin normallaşmasına səbəb olacaq. Qarın presi və onun funksional antaqonisti (onurğanı düzləndirən əzələ qrupu) çanağı düz vəziyyətdə saxlamağa kömək edir, hansı ki, uşaqlıq və digər orqanların vəziyyətlərini saxlamaqda vacibdir. Ona görə də "intim məşqi" yerinə yetirərkən kompleks yanaşma lazımdır.

Uşaqlığın tam və natamam prolapsında hərəkətlər kompleksi və onların yerinə yetirilmə texnikası mütləq həkimlə razılaşdırılmalıdır. Bu, sallanan toxumaların boğulma və travmasının qarşısının alınması üçün lazımdır. Bədəninin vəziyyətinin bu zaman elə bir əhəmiyyəti yoxdur, amma qadınların əksəriyyəti əzələlərin düzgün yığılmasına oturaq vəziyyətdə daha asan nəzarət edir. Kegel gimnastikasını həmçinin qarnıüstə uzanaraq ayaqları düz vəziyyətdə aralayıb yumşaq yastığın üstündə, arxasıüstə uzanaraq ayaqları diz və bud-çanaq oynaqlarında bükülmüş vəziyyətdə pəncələrə dayayaraq etmək olar. Bədənin əzələ korseti üçün hərəkətlər isə öz texnikalarına uyğun edilir.

Çanaq dibi əzələləri üçün hərəkətlərin xüsusiyyətləri


İntim əzələlərin effektiv məşqi: Kegel gimnastikası nədir?

Uşaqlıq sallanmasında Kegel gimnastikası xüsusi hazırlıq və şərtlər tələb eləmir. Bu kompleksi gün ərzində bir neçə dəfə etmək tövsiyə olunur - tədricən əzələ yığılmalarının gücünü, onların amlitudunu və davam müddətini artırmaqla.

Əsas hərəkətlər səthi yerləşən əzələ liflərinin (anal kanalın xarici sfinkterinin, soğanaq-mağaralı əzələnin), orta qatın (aralığın dərin köndələn əzələsi və sidik-cinsiyyət sfinkteri) və arxa keçəcəyi qaldıran əzələni bərkitməyə yönəldilib. Uşaqlıq sallanmasında Kegel gimnastikası həmçinin uşaqlıq yolunun həlqəvi və boylama əzələlərinin məşqini mütləq nəzərdə tutur.
Hərəkətləri sakit tənəffüslə, nəfəsvermənin ləngitməməsinə nəzarət edərək etmək lazımdır. Əzələlərin yığılmasını nəfəs ritmi ilə sinxronlaşdırmamaq olar. Həmçinin sağrının və qarın presinin tonusuna mütləq nəzarət edilməlidi. Qarın yumşaq olmalı və tənəffüsdə iştirak edə bilər, göbək isə məşq zamanı hərəkətsiz qalmalıdır. Sağrı və ayaq əzələlərini də çanaq dibini işlədəndə gərginləşdirmək lazım deyil.

Başlanğıcda qadına aralıq nahiyəsinin müxtəlif əzələlərinin işini hiss etmək çətindir. Ağır doğuşlar və ya cərrahi müdaxilələr zamanı sinir liflərinin zədələnməsi isə (məsələn, epiziotomiyadan sonra) bu vəziyyəti ağırlaşdırır. Buna görə də məşq etməmiş insanlarda iradi yığılmalar çanaq diafraqmasının və uşaqlıq yolunun bütün əzələ qatlarını əhatə edir. Kegel gimnastikasını müntəzəm edən qadınlar ayrı-ayrı əzələləri işlətməyi öyrənirlər ki, bu da idmanı daha effektiv verir.
Uretranın, vaginanın və anusun dəliklərini büzən əzələlərin fəaliyyətini sidik ifrazı zamanı hiss eləmək olar. Sidik ifrazının iradi dayandırılması çanaq dibinin səthi və orta qatlarının həlqəvi gedən əsas əzələ lifləri hesabına baş verir. Ona görə də başlanğıc mərhələdə hərəkətləri sidik ifrazı zamanı etmək olar. Sonralar gimnastikanın bu hissəsini istənilən yerdə etmək olar, çünki çanaq dibi əzələlərin yığılmasını ətrafdakılar görə bilməz.
Gimnastikanın düzgün yerinə yetirilməsi arxa çıxacaq sfinkterinin büzülməsinə və düz bağırsağın yuxarı dartılmasına, sidik kanalı sfinkterinin və uşaqlıq yolu dəliyinin daralmasına gətirib çıxarır. Əzələlər bərkidikcə çalışmaq lazımdır ki, əzələlərin hamısını birlikdə deyil, ayrı-ayrılıqda yığılsın.
Məsələn, arxa keçəcək və sidik-cinsiyyət sfinkterlərinin növbə ilə işləməsi məşqin yaxşı variantıdır. Bu zaman əzələlərin cəld və güclü yığılmasını maksimal uzun müddətli tonusu ilə uzlaşdırmaq lazımdır. Hərəkətlərin sayı və yerinə yetirilmə müddəti tədricən artırılacaq.

Uşaqlıq yolu əzələlərinin möhkəmləndirilməsi

Kegel hərəkətləri uşaqlıq sallanmasında uşaqlıq yolu əzələlərinin möhkəmləndirilməsini də özündə birləşdirir. Bu zaman təkcə bu orqanın aşağı üçdə birində olan həlqəvi liflərə (hansı ki, çanaq dibinin strukturuna daxildir) diqqət yetirmək lazım deyil.
Uşaqlıq yolu divarlarının digər əzələ qruplarının tonusunu artırmaq üçün "lift" hərəkətindən istifadə edilir. O bir neçə mərhələdən ibarətdir və aralıq əzələlərinin artan tonik gərginliyi olub, uşaqlıq yolunu da özündə birləşdirir. Yığılmaların belə iradi güclənmələrinə qonşu əzələ qrupları da qoşulur. Nəticədə uşaqlıq yolu bütün gedişi boyunca daralır və eyni zamanda yığılır. Uşaqlıq cismi öz vəziyyətini azca dəyişir ki, bu da onun patoloji əyriliklərinin düzəlməsinə kömək edir. Bu hərəkəti yerin yetirərkən gücənməkdən çəkinmək çox vacibdir.

Qadın uşaqlıq yolu əzələlərinin müxtəlif hissələrinin yığılmasını təyin etməyə bacardıqda, o, ardıcıl dalğavari (peristaltik) hərəkətlər edə bilər. Və belə hərəkətlərin mühüm mərhələsi uşaqlıq yolunun ən yuxarı şöbələrinin tonik gərginliyidir. Burada yerləşən əzələ liflərinin hissələri qismən miometriuma qarışıb və uşaqlığı saxlamağa kömək edir.

Müxtəlif ölçü və formada, bir və ya bir neçə kürədən ibarət olan, manometrli elastiki armudvari vaginal trenajorlardan istifadə tövsiyyələrinə rast gəlmək olar. Amma, bu, uşaqlıqlıq sallanmasında aşağıda yerləşən uşaqlıq boynunun və uşaqlıq yolunun atrofik divarlarının zədələnməsi riskini artırır. Buna görə də əlavə vasitələrin istifadəsini vaginal əzələlər gücləndikdən və onların yığılmasını idarə etməyi bacardıqdan sonra həkimlə məsləhətləşməklə etmək lazımdır.
Uşaqlığın sallanması ilə bağlı Keqel gimnastikası gövdənin əzələ korsetini gücləndirən hərəkət kompleksi əlavə olunur. Bunuüçün gündəlik "velosiped", "tozağacı", "qayıq", "qaranquş", "pişik" hərəkətlərini (aralıq əzələlərinin yığılmasını artırmaqla) etmək lazımdır.
Həmçinin arxası üstə uzanaraq düzləndirilmiş ayaqları azca qaldıraraq saxlamaq, "qaz" yerişi, diz və budlarla gimnastika topunu sıxmaq və pilləkənlərlə qalxmaq da faydalıdır.

Belə gimnastika rejimi ümumi fiziki hazırlıqdan asılıdır. İlk vaxtlar onu həftədə bir neçə dəfə etmək olar. Sonralar məşqlər gündəlik olur, sayı və davam etmə müddətini artırılır.

Əzələlərin möhkəmlənməsi gimnastikanı müntəzəm olaraq yetərli gərginliklə, tonik və dinamik yığılmaları növbələmək sayəsində mümkündür. Belə yanaşma qadın bu xəstəliyin risk qrupuna daxil olduqda, xəstəliyin profilaktikası üçün də məqsədəuyğundur.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.