Cinsi gücü artıran qidalar - Siyahı

Cinsi gücü artıran qidalar - Siyahı
Feat.Az cinsi gücü artıran qidaları təqdim edir:

Üzüm -
çəyirdəyindəki quersetin, qan istehsalına kömək edir və damarların sağlamlığını qoruyaraq cinsi orqanlara qan axınına müsbət təsir edir.

Bal - tərkibindəki bor maddələri qadınlarda estrogen, kişilərdə testosteron hormonunu sabitləyərək cinsi istəyi artırır.

Avokado - tərkibindəki yüksək miqdarda kalium, B, E, K vitamini və qanda xolesterol səviyyəsini aşağı salan təsiri ilə cinsi orqanlarda qan axınını asanlaşdırır.

Banan - B1, B2, C, A və E vitaminləri, dəmir, kalium, kalsium, fosfor, natrium və yod baxımından olduqca zəngindir. Kalori nisbəti yüksək olmasına baxmayaraq xolestrol tərkibi olmayan banan əzələləri gücləndirir, enerji verir və cinsi gücü artıran xüsusiyyətə malikdir.

Reyhan - qədimdən bu yana reyhan Asiyada cinsi istəyi və törəmə qabiliyyətini artırmaq məqsədilə istifadə edilib. Reyhan iyinin kişiləri təhrik etdiyi düşünüldüyü üçün qadınlar qurudulmuş reyhan toxumu ilə bədənlərini ovurmuşlar. Reyhan qan dövranını sürətləndirən xüsusiyyətə malik afrodizyak olaraq məlumdur.

Hil -
ətriyyatlı ədviyyat olan hili hindistanlılar güclü afrodizyak kimi kişi iqtidarsızlığının müalicəsində istifadə ediblər. Hil yüksək cineol (CH) tərkibi sayəsində qan axınını artırır.

Şokolad - tərkibindəki feniletilamin və seroton “yaxşı hiss etdirən” bir təsirə malikdir. Bu kimyəvi maddələr insan bədənində təbii olaraq var və xoşbəxtlik hormonları kimi tanınır. Bunlara əlavə olaraq şokoladdakı anandamid adlı maddə beyində marixuanaya oxşar təsirə malikdir. Marixuana kimi “uçurtmaq” gücü olmasa da feniletilamin və seroton xoşbəxtlik hissini artırmağa bəs edir.

Badam - karbohidrat, doymamış yağ, lif, fosfor, kalsium, dəmir, maqnezium, sink, kalium, A, B, C, E vitamin tərkibli olan badam bir çox faydaları ilə yanaşı, cinsi gücü də artırır.
axsam.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.