Günvurmanın SİMPTOMLARI. Bunu hər kəs bilməlidir!

05 Temmuz 2017
1 348
0
Günvurmanın SİMPTOMLARI. Bunu hər kəs bilməlidir!
İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər.

İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər.

Günvurma yaşlı insanlar, ürək-damar , şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir.

Günvurmanın əsas simptomlarını bilmək çox vacibdir!

Bu simptomlar arasında:
- zəiflik
- başgicəllənmə
- güclü baş ağrısı
- qulaqlarda küy
- nəfəsalmanın tezləşməsi
- nəbzin tezləşməsi
- üşümə
- ürəkbulanması və qusma
- hərarətin 40 C və ya daha artıq yüksəlməsi
- ağır hallarda qıcolmalar və huşun itirilməsi.

Bəzi hallarda bu əlamətlər insan günün altında olduqda, bəzi hallarda isə bir neçə saat sonra evə gəldikdə baş verir.

Günvurmanın ilkin əlamətlərini qeyd edən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).

Dərhal "təcili yardım" çağırın!

Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) soyuq su ilə kompresslər və ya buz qoyun.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.