İmam Əli və Xanım Fatimənin ailə modeli

07 Temmuz 2017
2 834
0
İmam Əli və Xanım Fatimənin ailə modeli
Ailədə mühüm rola malik olan insanlar - ata və anadır. Onlar - ailənin iki mühüm üzvüdür. Bəs ən üstün ailə sayılan Əmirəl-möminin (ə) ilə Həzrət Zəhranın (s.ə) ailəsi necə bir ailə idi?

1. Maddi istəklərdən çəkinmək. O zaman ki, Əmirəl-möminin (ə) Xanımdan (s.ə) yemək istəyir, Xanım (s.ə) cavab verir ki, iki gündür ki, evdə yemək yoxdur.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) soruşur ki, bəs niyə mənə xəbər verməmisən? Xanım (s.ə) cavab verir ki, mən Allahımdan xəcalət çəkirəm ki, səndən elə şey istəyim ki, ona gücün çatmasın.
Əmirəl-möminin (ə) Xanım (s.ə) haqqında buyurur: "Allaha and olsun ki, o zamana qədər ki, Allah onu yanına apardı, onu bir işə məcbur etməmişəm və qəzəbləndirməmişəm. O da məni qəzəbləndirməyibdir. Mən nə zaman Fatimənin (s.ə) üzünə baxardım, hər cür qəm və qüssəm aradan gedərdi". (Tebyan)
2. Ev işlərini bölmək. O zaman ki, Xanım (s.ə) ailə qurur, Həzrət Peyğəmbər (s) ev işlərini onunla İmam Əli (ə) arasında bölür və buyurur: "Undan xəmir yoğurmaq və çörək bişirmək, evi təmizləmək və süpürmək - Fatimənin (s.ə) öhdəsindədir və evdən xaric işlər: o cümlədən odun toplamaq, ərzaq almaq - Əmirəl-möminin (ə) öhdəsindədir". Xanım (s.ə) bu bölgüdən razı qalır və buyurur ki, bu bölgü ilə Peyğəmbər (s) məni kişilərə aid olan işlərdən saxladı.
3. Ərin haqqına riayət etmək. Xanım (s.ə) buyurur: "Əlican! Ev sənin evindir və mən də sənin həyat yoldaşınam. Hər bir işə ixtiyar səndədir".
4. Qadının əri üçün bəzənməsi. Xanım (s.ə) həmişə evdə ətirlənmiş halda olardı.
5. Həyat yoldaşına yardım etmək. Əmirəl-möminin (ə) ev işlərində Həzrət Zəhraya (s.ə) yardım edərdi. O zaman ki, Xanım (s.ə) buğdanı dəyirmanda əzərdi, İmam Əli (ə) İmam Həsənlə (ə) İmam Hüseynə (ə) baxardı. O zaman ki, İmam (ə) cihaddan qayıdardı, Xanım (s.ə) onu qarşılayıb qılıncını əlindən alar və onu əyləşdirərdi.
6. Rabitələrdə şadlıq və sevincə diqqət etmək. Nəql edilir ki, bir gün xanım İmamın (ə) yanında uşaqları ilə oyun oynayırdı və İmam Həsənə (ə) buyurur: "Həsəncan! Atan Əli (ə) kimi ol və haqq boynunda olan kəndirləri götür. Nemət və ehsan sahibi olan Allaha pərəstiş et". İmam Hüseynə (ə) buyurur: "Sən mənim atam Peyğəmbərə (s) bənzəyirsən və atan Əliyə (ə) oxşarlığın yoxdur". Bu söz Əmirəl-möminin (ə) gülüşünə səbəb oldu".
Əgər bizim də ailəmizin Əlivari olmasını istəyiriksə, gərək bu dəyərlərə diqqət edək və onları nümunə hesab edək.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.