Orqanizmdə vitamin C çatışmazlığı

11 Mayıs 2022
2 546
0
Orqanizmdə vitamin C çatışmazlığı
Orqanizmdə askorbin turşusunun həddindən çox çatışmazlığı sinqa xəstəliyinin meydana çıxmasına səbəb olur. C vitaminini azlığı uşaqlarda immunitetin zəif olmasına səbəb ola bilir. Böyüklər üçün isə C vitamini daha vacib elementlərdən sayılır. Çünki C vitamini estrogenlərin, kontraseptivlərin mübadiləsində iştirak edir və hipertrioz ,alkoholizm zamanı orqanizmdən toksiki əlamətləri aradan qaldırır.

Feat.Az immunitet.az-a istinadən bildirir ki, askorbin turuşusu karbohidrat-turşu mübadiləsində istirak edir, əzələ və sümüklərin funksiyasının normallaşmasına yardım edir. Askorbin turşusunun qığırdaq toxumasının və dəri toxumalarının inkişafına faydası var. Vitamin C böyrəküstü vəz olmaqla bütün orqanların fəaliyyətinə müsbət təsir göstərir.

C vitaminin çatışmazlığı zamanı nələr baş verir?


C vitamini çatışmazlığının səbəb olduğu xəstəlik sinqa xəstəliyidir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- zəiflik
- halsızlıq
- ayaqlarda ağrı
- diş əti qanaxmaları
- qinqivit
- əmək qabiliyyətinin itməsi
- dəridə rəngli qabarcıqlar.

Bunlardan başqa xəstənin aşağı ətraflarında hemoratik qansızmalar baş verir, bədənin temperaturu aşağı düşür. Xəstəlik vaxtında müalicə olunmasa, aşağı ətraflarda yaralar meydana çıxır və yaralar infeksiyalaşır.

Xəstəliyə diaqnoz qoymaq üçün sidiyin və qanın ümumi analizləri verilir. Vitamin C çatışmazlığı zamanı sidikdə C vitamini elementlərinin, orqanizmdən xaric olunması müəyyən edilir.

Müalicə həkim tərəfindən təyin edilir. Xəstəyə sutkada nə qədər vitamin C vurulacağının həkim təsdiqləyir. Bundan əlavə xəstəyə tərkibində bol miqdar vitamin C olan meyvələr və bitki çayları məsləhət görülür. Xəstənin qidası zülallarla zəngin olmalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.