Diş məcununun inanılmaz faydaları - Saç, dırnaq və dərinizə sürtün

01 Mayıs 2022
2 474
0
Diş məcununun inanılmaz faydaları - Saç, dırnaq və dərinizə sürtün
Diş məcunu sadəcə dişləri fırçalamaq üçün deyil. Onun dırnaq və dəri üçün də faydaları var.

Feat.Az
xəbər verir ki, ağcaqanad dişləyən yerlərə diş məcunu sürtün. Bu üsul qaşıntınızı alacaq, həm də dəridə yaranan yaraları azaldacaq.

Ağızdakı pis qoxuların yox edilməsini təmin edən diş məcunu, əlləriniz üçün də faydalıdır. Xüsusilə, soğan və ya sarımsaq qoxusu qalan qidalara qarşı çox təsirlidir.

Sızanaq olan hissəyə içində kimyəvi maddələr olmayan diş məcunu sürtüb səhərə qədər saxlayın. Növbəti gün sızanaqların quruyaraq kiçildiyini görəcəksiniz. Qeyd edək ki, həssas dəriyə sahib olanlar bu üsulu tətbiq etməzdən əvvəl diqqət etməlidir. Çünki diş məcunu dərinin qıcıqlanmasına səbəb ola bilər.

Diş məcunu dırnaqların parlaq və canlı görünməsini təmin edir. Üzərinə bir parça diş məcunu qoyduğunuz dırnaqlarınızı diş fırçası ilə ovun. 15 dəqiqə ovduqdan sonra yaxalayın. Bu proses dırnaqlarınızı ağardacaq və daha sağlam, canlı olmasını təmin edəcək.

Saçınızı rəngləyərkən alnınıza, qulağınıza ya da əlinizə rəng bulaşarsa, diş məcunu ilə təmizləyə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.