Biz hər gecə vəfat edir, hər səhər dirilirik,zaman, zamanı, aləmində, əlaqənin, insan, Allaha, müəyyən, Allah, yuxuda, yatan, bədənindən, yuxuya, insanın, Ancaq, sizin, ayrılar, şəkildə, ölümü, müşahidə, malik

Biz hər gecə vəfat edir, hər səhər dirilirik

20 August 2017
746
0
Biz hər gecə vəfat edir, hər səhər dirilirik
Quranın nəzərinə görə yuxu ilə ölüm eyni mənanı verir. Ölüm tamamilə vəfat etməkdir, yuxu isə müvəqqəti.

"Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir". ("Zumər" 42).

İnsan yuxuya gedən zaman ruhu bədənindən ayrılar, lakin bu ayrılıq müvəqqətidir. Allah Təala əgər ona yaşamaq üçün ömür veribsə, bu ruh bədəninə geri qayıdar və insan yuxudan ayılar. Ancaq əgər insanın ölümü yuxuda gəlib çatarsa, ruhu bədəninə geri qayıtmaz. Ölüm o deməkdir ki, insanın ruhu bədənindən ayrılar və artıq ruh bədən üzvlərini hərəkət etdirməz və ona hakim olmaz. Ölüm dedikdə, bədənin ölümü nəzərdə tutulur, çünki ruhlar həmişə sağdırlar və əbədi yaşayarlar. (Tebyan)

Başqa bir ayədə oxuyuruq: "Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin(ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir". ("Ənam" 60).
Feat.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə buyurur ki, o zaman ki, siz yatırsınız Allah sizlərin həqiqətini, yəni ruhunu Öz yanına aparır. Təəssüf o insana ki, yatan zaman Allaha bulaşmış və günahkar ruhu verər. Bu cür ruh Allaha təslim olan zaman xəcalət çəkər. İnsan əgər oyaq zamanı əməllərinə nəzarət edərsə, sadiq yuxuya malik olar və ya oyaq zamanı həqiqətləri görə bilər.

Əmin insan həm oyaq və həm də yatan zaman bərəkətli həyata malik olar. Çünki əmanət və sədaqəti bu bərəkətə səbəb olmuşdur. O kəs ki, oyaq zamanı əmin deyildir, əgər yuxu aləmində İlahi nemət ona nəsib olarsa, xəyal və vahimə qüvvəsi onu azaldar və ya çoxaldar. Ona görə də oyanan zaman elə şeyləri xatırlayar ki, onu yozmaq ya çətindir, ya da mümkünsüzdür. Ancaq sadiq insan oyaq vaxtı necə əmanəti qoruya bilirdisə, yuxu aləmində də mələkut aləmindən əgər bir şeyi müşahidə etsə, bu halla onu müşahidə edəcəkdir.

Bəli, hər birimiz hər gecə vəfat edir və hər səhər yenidən doğuluruq.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz