Ev şəraitində hazırlanan təbii diş məcunu - Həkimə getməyə ehtiyac qalmayacaq - FOTOLAR » FeaT.Az Sekiller, Xeberler, Yazili

Ev şəraitində hazırlanan təbii diş məcunu - Həkimə getməyə ehtiyac qalmayacaq - FOTOLAR

17 September 2017
702
0
Ev şəraitində hazırlanan təbii diş məcunu - Həkimə getməyə ehtiyac qalmayacaq - FOTOLAR
Ağızdan gələn pis qoxunun səbəblərindən biri də kariyesdir. Dişlərə gündəlik düzgün qulluq edilmədikdə diş ətlərində iltihablanma yarana bilər. Bu da sonradan həm dişlərin sıradan çıxmasına, həm də ağızdan pis qoxuların gəlməsinə səbəb olur. Ağız daxilindəki infeksiyalar bakteriyaları artırdığı üçün daima ağızdan dözülməz qoxular gəlir. Mədə-bağırsaq sistemində problem olan insanlarda kəskin qoxular daha da artır. Bəs ev şəraitində, həkimə getmədən dişləri kariyesdən təmizləməyin mümkün olduğunu bilirdinizmi? Elə isə diqqətli olun.

Feat.Az
diş həkimindən qorxan, hətta fobiyası olan insanlar üçün maraqlı məlumatları təqdim edir:

Ağız boşluğunun yaxşı vəziyyətdə qalması üçün sağlam qida və gigiyenik prosedurlar önəmlidir. Yediyiniz qidaların dadını almaq üçün tərkibində A və D vitaminləri olan qidalara üstünlük verin. Turşu, sirkə ilə qarışdırılmış məhsullardan az istifadə edin. Bunlar dişin mina qatına ziyan vurur. Dişləri gün ərzində 3 dəfə fırçalamaq da ziyandır. Diş ipi sayəsində fırçanın çıxara bilmədiyi bakteriyalar və qida qalıqlarını dişlərin arasından çıxarmaq olar. Xüsusilə, diş gövdələri arasındakı sıx yerlərdə toplanan qida qalıqları sürətlə bakteriyanın çoxalmasına səbəb olur.

1.
Qida məhsullarının əksəriyyətinin tərkibində olan turşuların dişlərə ziyan etməməsi üçün çərəz yeməyə üstünlük verin. Fitin turşusu eyni zamanda fosforun miqdarını da aşağı salır. Məsləhətdir ki, gecədən paxlaları, fındıq və qoz dənələrini içərisinə limon şirəsi sıxılmış suya qoyasız. Səhər islanmış çərəzləri yemək dişlərdə kariyes yaranmasının qarşısını alır.

Ev şəraitində hazırlanan təbii diş məcunu - Həkimə getməyə ehtiyac qalmayacaq - FOTOLAR

2. Tərkibində mineralların çoxluq təşkil etdiyi qidalardan istifadə edin. Minerallar dişlərdə kariyesin yaranmasının qarşısını alır. Gündəlik qida rejiminə mütləq göyərti, xüsusilə cəfəri, kahı, yağlardan isə zeytun, kokos yağı, avokado və s. əlavə etməyi unutmayın.



3.
Şirniyyat, şəkər tozu və tərkibində şirin qatqılar olan qidalardan uzaq olun. Bu məhsulları mümkün qədər az istifadə edin. Şəkər ağızda çoxsaylı bakteriyalar yaradır ki, onlar da öz növbəsində kariyes əmələ gətirir.



4. Ağız boşluğunu yağla yaxalayıb dişlərinizi yağla yüngül masaj edin. Bu çox qədim stomatoloji texnikadır. Amerikalı stomatoloqlar qeyd edir ki, bu üsul nəinki kariyesin yaranmasının qarşısını alır, eyni zamanda kəskin ağız qoxusunu da aradan götürür. Sadəcə təmiz kokos yağı ilə dişlərinizi 20 dəqiqə sürtün və ağız boşluğunu yaxalayın. Bunu həftədə 5 dəfə etməyiniz kifayətdir. Proseduru 1 ay davam edib nəticəni öz gözlərinizlə görün.



5. Dişlərinizi kimyəvi diş məcunları ilə yumayın. Yaxşı olardı ki, ya nanə suyu, ya da ev şəraitində hazırladığınız diş məcunlarından istifadə edəsiz. Ağız boşluğunun sağlamlığını qorumaq üçün sehirli diş məcunu reseptini yazın: Bunun üçün sizə lazım olacaq: dörddə bir çay qaşığı soda, 3 xörək qaşığı diatomit tozu, dörddə bir çay qaşığı acı dadı aradan qaldırmaq üçün xlorofil, dörddə bir çay qaşığı nanə cövhəri, yarım çay qaşığı orqanik kokos yağı, 1 xörək qaşığı filtirlənmiş su. Bütün inqrediyentləri qarışdırıb öz şəxsi ftor tərkibli diş məcununuzu istifadə edə bilərsiz. Beləliklə, təbii və kimyəvi qatqısız diş məcununuz hazırdır.

Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz