Südün əvəzediciləri nə dərəcədə təhlükəlidir? – ALİM RƏYİ

03 Ekim 2017
996
0
Südün əvəzediciləri nə dərəcədə təhlükəlidir? – ALİM RƏYİ
Tədqiqatlara əsasən, süd məhsullarının əvəzediciləri xüsusilə hamilə qadınlara ziyanlıdır.

Feat.Az
xəbər verir ki, ingilis alimlərinin son rəyinə görə, süd məhsullarının əvəzedicilərini istifadə etməyə üstünlük verən insanlar orqanizmlərində yodun defisiti ilə üzləşirlər.

Xüsusi olaraq bu, soya, badam, kokos fındığı, yulaf və başqa komponentlər əsasında hazırlanmış məhsullara aiddir.

Alimlər ümumi olaraq, süd əvəzedicilərinin 47 nümunəsini tədqiq ediblər. Tədqiqata əsasən, belə məhsullarda yodun konsentrasiya miqdarı inək südü ilə müqayisədə cəmi 2% təşkil edir.

Bu halda vurğulanır ki, insan orqanizmi üçün yod əvəzolunmazdır, axı məhz o, qalxanvarı vəzin hormonlarını yaratmağa kömək edir və hamilə qadınlarda uşaq dölünün normal inkişafını təmin edir. Bu səbəbdən süd məhsullarının əvəzediciləri südə qarşı alternativ hesab edilə bilməz, - deyə alimlər bildirir.

Süd içməyən, laktozaya qarşı dözülməzliyi olan insanlara isə, tədqiqatçılar yod təminatını dəniz məhsullarında axtarmağı məsləhət görürlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.