Nar qabıqlarını 10 dəqiqə qaynadıb içsəniz... – İNANILMAZ FAYDALARI » FeaT.Az Sekiller, Xeberler, Yazili

Nar qabıqlarını 10 dəqiqə qaynadıb içsəniz... – İNANILMAZ FAYDALARI

11 October 2017
465
0
Nar qabıqlarını 10 dəqiqə qaynadıb içsəniz... – İNANILMAZ FAYDALARI
Nar payız və qış mövsümünün ən faydalı meyvələrindən biridir. Potasium, dəmir və C vitamini ilə zəngin olan narın tərkibində eyni zamanda, B1, B2 vitaminləri, kalsium və fosfor var. İmmuniteti gücləndirərək başda xərçəng olmaqla, bir çox xəstəlikdən qoruyur. Feat.Az narın və qabığının möcüzəvi faydalarını sadalayır.

- Diş əti iltihablarına faydalıdır.

- Yüksək təzyiqi aşağı salır.

- Bədən müqavimətini artırır və enerji verir.

- Yorğunluğu yox edir.

- Sidik sökdürücü təsiri ilə toksin atılmasına kömək edər.

- İmmuniteti gücləndirir.

- Bağırsaq parazitlərinin düşmənidir. Yaxşı bakteriyaların artmasına kömək edər.

- Dərinizin qüsursuz görünməsinə kömək edər.

- Böyrək iltihablarının yox olmasına kömək edir.

- Qandakı xolesterol nisbətini aşağı salır.

- Nar suyu damar sağlığını, ürəyi qoruyur.

Tək dənələri yox, qabığı da faydalıdır!

Narın tək dənələrində yox, qabığının tərkibində də faydalı vitaminlər var. Çində aparılan araşdırma nar qabığının suyundan daha faydalı olduğunu ortaya çıxarıb. Nar qabığı tərkibindəki ellajik asit sayəsində başda döş xərçəngi olmaqla, bütün xərçəng növlərinə həm sağaldıcı, həm də əngəlləyici təsir göstərir.

- Nar qabığı xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstələrinə daha çox fayda göstərir.

- Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır.

- Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir.

- Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Bu dəmləməni uşaqlara da vermək olar.

- Ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir. Damaqları möhkəmləndirir, qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı, dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın.

- Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.

- Bu dəmləmə öskürək zamanı da yaxşı kömək edir. Onu 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için.

- Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsir edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir.

Nar qabığını qurudun. 100 qram qaynamış suya 2 qram nar qabığı ataraq 10 dəqiqə qaynadın. Bu suyu hər gün çay olaraq için. Başda xərçəng, ürək və şəkər xəstəlikləri olmaqla, bir çox xəstəlikdən qorunmuş olacaqsınız. Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz