Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT,qulluq, saçlarınızı, istifadə, Nazik, təbii, təmin, qurutma, bilərsiniz, Saçlarınızı, doğru, sonra, uyğ

Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT

14 October 2017
748
0
Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT
Saçlarınız nazik və həcmsizdir? Yuduqdan bir gün sonra saçlarınız yıpranır və dibləri yağlanırmı? Feat.Az sizə faydalı olacaq 7 məsləhəti diqqətinizə çatdırır.

Çox isti su ilə yumayın


Saçlarınızı yuyarkən çox isti sudan istifadə etməyin. İsti su saç dibləri və gövdəsi üzərində yer alan təbii yağ turşularını əridir. Eyni zamanda saç tükünün xarici qatlarındakı pul toxumaya zərər verir. Saçı darayarkən diblərindəki təbii yağ bütün saç tellərinə yayılır, qoruma və parlaqlıqla təmin edir. Saçınızın təbii quruluşunu pozmayın, mütləq ilıq su ilə yuyun. Saçlarınızı yuduqdan sonra uclarını əlinizlə sıxaraq, dəsmalla bükün.

Saçınızı düzgün qurudun


Nazik və həcmsiz saçlar olduqca həssasdır. Buna görə qurutma əsnasında çox diqqət etmək lazımdır. Əvvəlcə saç qurutma alətini yüksək temperaturda deyil, orta istilikdə istifadə etməlisiniz. Geniş dişli bir fırça, ya da daraqla saçlarınızı darayıb önə doğru atın. Başınız önə əyili olduqda kökündən ucuna doğru və qurutma alətini ən az 30 sm uzaqda tutaraq saçlarınızı az nəmli qalacaq şəkildə quruda bilərsiniz.

Şampununuzu dəyişin


Nazik saçlarınızı daha dolğun göstərmək və saçınızın gün boyu həcmini qoruması üçün saç tipinizə uyğun vasitə seçməlisiniz.

Saça qulluq kremindən daim istifadə edin

Saçlarınızı şampunla yuduqdan sonra saça ehtiyacı olan qulluqla təmin edən, ağırlaşmasının qarşısını alan kremdən istifadə etməlisiniz.

Saç kəsiminizi dəyişdirin


Nazik tüklü saçlarınıza uyğun qulluq etməklə birlikdə saç modelinizin kəsimi də əhəmiyyətlidir. Qatlı, çiyinlərdə bitən saç modelləri ilə daha həcmli saçlara sahib ola bilərsiniz. Qısa və küt kəsimlər də nazik saçların daha həcmli görünməsini təmin edir. Saçınızın tağını dəyişdirmək də təsirli bir vasitə ola bilər.

Mütəmadi saça qulluq edin


Nazik və həcmsiz saçlar üçün doğru saça qulluq vasitəsi ilə mütəmadi edəcəyiniz qulluq, sağlam və dolğun bir görünüş qazandıracaq. Saça qulluq maskası ilə saçlarınızı ağırlaşdırmadan nəmləndirmənin kefini yaşaya bilərsiniz.

Həcm verən sprey istifadə edin


Tez yaprıxan cansız saçlarınızı diblərindən qaldıran bir sprey sizə istədiyiniz dolğunluğu verərəkən, saçlarınızın nəmini də qoruya bilər.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz