Xarakterdən doğan xəstəliklər,qədər, aradan, xəstəlik, filan, Xəstəlik, həkimə, tənbəl, yerini, orada, müəyyən, lazımdır, xəstəliklər, barəd

Xarakterdən doğan xəstəliklər

14 October 2017
469
0
Xarakterdən doğan xəstəliklər
Xəstəliklər daxili, yaxud xarici harmoniyanın pozulmasıdır. İnsan təbiətin bir parçasıdır. Ona görə də ətraf aləmlə harmoniyada yaşamayan adamı təbiət xəstəliklər və uğursuzluqlarla cəzalandırır.

Xəstəlik bir xəbərdarlıqdır. O siqnal göndərir ki, filan orqana (deməli, filan xasiyyətinə) diqqət yetirməlisən. Biz əgər həkimə gedib onu sadəcə ört-basdır ediriksə, sonradan xəstəlik yenidən və daha böyük qüvvə ilə hücum çəkəcəkdir. Çünki səbəb aradan qalxmamışdır. Səbəb isə daha dərindədir. Müasir təbabət nə qədər şaxələnsə də, diaqnostik aparatlar nə qədər təkmilləşsə də, həblər nə qədər yeniləşsə də, yeni-yeni xəstəliklər yaranır, nəticədə cəzalanma metodları daha sərtləşir.

Deməli, tənbəl şüurdakı səbəblər aradan götürülməyincə nəticə ilə mübarizə aparmağın xeyri yoxdur. Nəticəyə pis bir şey kimi baxmaq düz deyil.
“Nə əkərsən aşına, o da çıxar qaşığına”, xəstəliyə minnətdar olmaq lazımdır ki, o təzahür edərək müəyyən bir davranışımızın ətrafla harmoniyada olmadığı barədə bizi xəbərdar edib. Əbəs yerə “həkim” sözü yaranmayıb. Müalicə işi hikmətlə bağlı olmalı, şüurdan, bədəndən daha dərin qablarda olan tənbəl şüur səviyyəsində aparılmalıdır. Əlbəttə ki, ağrıları azaltmaqla həkim xəstənin əzablarını yüngülləşdirməlidir. Lakin orqanizmin özü-özünü bərpa etməsində onun “daxili həkiminə” kömək etməlidir.

İnsanlar o qədər tənbəlləşiblər ki, xəstələnən kimi özləri passiv qalaraq sağlamlıq məsələsinin həkimlərə aid olduğunu düşünürlər. Həkimlər də min illər ərzində formalaşmış şablon üsullarla diaqnoz müəyyən edir və ona uyğun dərmanlarla xəstəliyi “qovurlar”. Amma hara qovulur xəstəlik? Gəldiyi yerə. Xəstəlik orada məqam gözləyir, amma növbəti dəfə daha güclü şəkildə qayıdır.

İncildə bu barədə yazı var: “Xəstəliyi qovarkən onun yerini sevgi ilə doldurmaq lazımdır. Yoxsa öz yerini boş görəndə, yeddi qardaşını da götürüb orada məskən salacaqdır”. Nəzərə alaq ki, İncil İsa peyğəmbər kimi dünyanın ən adil həkiminə nazil olmuşdu, elə bir həkimə ki, ölülərə də can verə bilirdi. Onda yuxarıda deyilənlərin nə qədər doğru olduğu aydın olar.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz