Yağlı qırmızı bibər turşusunu BELƏ HAZIRLAYIN

19 Ekim 2017
1 285
0
Yağlı qırmızı bibər turşusunu BELƏ HAZIRLAYIN
Qışda süfrələrimizdən əskik etməyəcəyimiz turşulardan biri də yağlı bibər turşusudur. Feat.Az sizə yağlı bibər turşusunun asan hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:


1 kq qırmızı bibər
1 stəkan sirkə
1 stəkan duru yağ
10 -12 diş sarımsaq
Duz

Hazırlanması:


Əvvəlcə bibərləri yuyub təmizləyin və istədiyiniz ölçüdə doğrayın.
Duru yağı, sirkəni geniş bir qaba əlavə edib ocağa qoyun. Həmin qarışım qaynamağa başladıqda bibərin hər iki tərəfini qızartmağa başlayın. Daha sonra 2-3 diş sarımsağı balonun dibinə qoyub üstünə qızaran bibərləri yerləşdirin və duz səpin. Bunu bibərlər bitənə qədər davam etdirin. Daha sonra qabda qalan yağı süzərək balona boşaldın və üzərinə duz, sarımsaq əlavə edib balonun qapağını bağlayın. Sonra balonu bir neçə dəfə ağzı aşağı çevirib düzəldin. Bunu onun üçün edin ki, balondakı yağ və duz bir-birinə yaxşı qarışsın. Tamamilə soyuduqdan sonra turşunu mütləq soyuducuda saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.