İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR » Feat.Az Sekiller, Xeberler, Yazili

İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR

09 November 2017
253
0
İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR
Ürək və damar sağlığını qoruyaraq infarkt riskini azaltmaqda bəzi qidaların çox faydası var. Feat.Az sizə həmin faydalı qidaların siyahısını təqdim edir.

Yulaf

Lif səviyyəsi yüksək olan yulaf pis xolesterola mane olaraq həzmə də kömək edir.

Qırmızı meyvələr

Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini azaldaraq damarları genişləndirir.

Nar

Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir və qandakı hemoqlabini artırır.

Alma və armud

Lifli tərkibləri sayəsində qan dövranını normallaşdırır.

Çərəzlər
Protein və lif baxımından zəngin olan çərəzlər ürəyə xeyirdir. Həmçinin tərkibindəki E vitamini ilə pis xolesterol səviyyəsini azaldır.

Qırmızı şərab

Damarlardakı yağ hüceyrələrini azaldaraq bədəndə detoks təsiri yaradır. Arıqlamağa kömək edir.

Yaşıl çay

Gündə sadəcə bir stəkan yaşıl çay içmək metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Xolesterola faydası var.

Avokado

Pis xolesterolla mübarizə aparan avokado faydalı yağlarla zəngindir.

Sarımsaq

Damarları genişləndirir, qan təzyiqini azaldır.

Tünd şokolad
Qan təzyiqini normallaşdırır və şişkinliyə qarşı faydalıdır.

Yağlı balıq

Tərkibində yağ səviyyəsi yüksək olan balıq damar tıxanıqlığının qarşısını aldığı üçün həftədə 2 -3 dəfə yeyilməlidir.

İspanaq

Bir çox vitamin, mineral və antioksidant tərkibli ispanaq qan təzyiqini normallaşdırır.

Qarpız

Damar sağlamlığı üçün əhəmiyyətli olan qarpız xolesterol səviyyəsini tənzimləyir.

Zeytun yağı

Sadəcə bir neçə çay qaşığı zeytun yağı pis xolesterol səviyyəsini azaldır və qan şəkərini normallaşdırır.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz