Yumurtanı soyuducunun qapısında saxlamayın - XƏBƏRDARLIQ

09 Kasım 2017
1 564
0
Yumurtanı soyuducunun qapısında saxlamayın - XƏBƏRDARLIQ
Yumurtanı adətən soyuducunun qapısında saxlayırıq. Bunun üçün soyuducuda xüsusi yer nəzərdə tutulub. Ancaq mütəxəssislər yumurtanı soyuducunun qapısında saxlamağın yanlış olduğunu deyirlər.

Feat.Az bildirir ki, soyuducunun qapısındakı xüsusi hissədə yumurtaları saxlamaq yaxşı bir fikir kimi görünsə də, əslində ən pis saxlanma şəklidir. Belə ki, qapı soyuducunun ən isti yeridir və hər dəfə qapını açıb-bağladıqda yumurtalar fərqli temperatura məruz qalır.
Bu temperatur dəyişikliyi isə yumurtaların tez xarab olmasına səbəb olur.

Yumurtaları soyuducuda saxlamaq istəyirsinizsə, onları qapıda deyil, içərisində mühafizə etməlisiniz.

Soyuducu əvəzinə sərin və quru bir şkafda saxlandıqda yumurtalar eyni temperaturda qaldığından daha uzun müddət xarab olmadan qalır.

Mütəxəssislər yumurtanı otaq temperaturunda saxlamağın ən yaxşı seçim olduğu mövzusunda həmfikirdirlər.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.