Nasistlərin 10 maraqlı mirası

15 Kasım 2017
2 913
0
Nasistlərin 10 maraqlı mirası
Nasistlər dünyaya qorxu gətirmələrinə baxmayaraq, o vaxtkı Almaniyanın tibb sahəsindən tutmuş, heyvan hüquqlarına qədər bir çox mövzuda maraqlı nailiyyətləri olub.

Feat.Az
nasistlərdən qalma 10 maraqlı faktı təqdim edir:

1. Tibb sahəsindəki nailiyyətlər

Bütün əxlaqi normaların pozulduğu, insanların ağır işgəncələrə məruz qalaraq öldürüldüyü, bağışlamağı bacarmayan nasist Almaniyasında tibb sektorunda çox önəmli başlanğıcların olduğunu faktlar sübut edir. Genetik analizlərin bu gün bu səviyyədə inkişaf etməsi məhz əsir düşərgələrindəki şəxslər üzərində aparılan amansız sınaqların nəticəsidir. Məsələn, hipotermiya üzərində əldə etdikləri ən yeni məlumatların doğruluğunu düşərgələrdəki əsirlərə daha ağır işgəncələr verərək dəqiqləşdirirdilər. Nə qədər pis şeylər etmiş olsalar da, hal-hazırda istifadə edilən bir çox müalicə üsulları ilk dəfə məhz nasistlər sayəsində öyrənilib.

2. Raket texnologiyasının ilkin mərhələləri

Bu gün dünyanı vahimədə saxlayan nüvə silahları o vaxt yeni-yeni mövcud olan raketlərin ardıcılları hesab oluna bilər. Nasist Partiyasının üzvlərindən biri, texnologiya mütəxəssisi Vernher Van Braun (Wernher Von Braun) İkinci Dünya Müharibəsində Amerikaya kömək etmişdi. Bunun qarşılığında Amerika ona vətəndaşlıq təklif edir. V.V.Braun amerikalı mütəxəssislərlə birlikdə inkişaf etdirdiyi raketlər sayəsində, insan övladının Aya ayaq basması mümkün olub.

3. Nəqliyyat sistemində şose anlayışı

Nasistlər dünyaya nəqliyyat sahəsində də töhfələr verib. Onlar bütün ölkəni birləşdirmək məqsədilə şoselərin hazırlanmasına başlamışdılar. Bu layihədə 100 mindən çox insan əməyi var. Almanlar elə indi də dünyanın ən rahat və punktual nəqliyyat sisteminə sahibdirlər.

4. "Xalqın avtomobili" (Das Auto)

Bu marka Hitlerin əmri ilə hazırlanıb. Hazırda iki nəfər üçün nəzərdə tutulan "sport" maşınların ilk örnək nümunəsi hesab etmək olar. Zamanında 990 marka satılan bir "Volkswagen" isə ən üstün alman mühəndislik nümunəsidir. Sonradan çoxuşaqlı ailələrin övladlarının da avtomobilə minə bilməsi və daha rahat istifadəsi üçün A.Hitler 2 nəfər üçün nəzərdə tutulan avtomobillərin 4 nəfər üçün olanlarının da istehsal edilməsini tələb etmişdi.

5. Məşhur alman filmləri

Ən güclü təbliğat və reklam filmləri məhz nasist Almaniyası dövründə çəkilib. Xüsusi ssenari və emosiyalar əsas nüanslardan sayılır. Bu səbəbdən film sənayesinin özəyini bu sahəyə qoyduqları ağlagəlməz rəqəmlərlə yaradıblar. Maqnit lenti və kamera stendləri ilk dəfə nasistlər tərəfindən çəkilən filmlərdə istifadə edilib. Hazırda isə məşhur Hollivud filmlərinin çəkilişində ən çox istifadə edilən üsul da elə budur.

6. Moda, dəb, ikonalar

"Adidas" və "Puma"nın nasist Almaniyasında qalmaqallı bir şəkildə yaradıldığını bilməyən yoxdur. Bununla yanaşı, daha bir marka - "Boss" da alman markasıdır. Bunu almanların qara piarı da adlandırırlar. Markanı yaradan Huqo Boss bu marka altında nasist uniformalarını yayırdı. Amma indi dünya modasında ən məşhur markalarla eyni sıralarda dayanır.

7. Sosial yardım proqramları

Nasistlər bütün almanların bəlli (minimum) standartlarla yaşamasını təmin etməyə çalışırdı. Bu səbəbdən də məşhur Robin Hud hekayəsinin qəhrəmanı almanlar üçün Adolf Hitler olmuşdu. Onun əmri ilə zabitlər evləri bir-bir gəzib ailələrə ərzaq yardımı edirdilər. Təbii ki, bu da bir siyasət idi, amma ziyansız.

8. Ov qadağası

İndi-indi ova çıxmaq ləğv edilir. Lakin nasist Almaniyası bunu hələ o dövrdə ləğv etmişdi. Bu qadağanın səbəbi isə "ölkə təbiətinin mühafizəsi" idi. İndi Almaniya meşələrində vəhşi heyvanlara belə rast gəlmək olar. Hitlerin siyasəti hələ də davam edir yəni.

9. Siqaretin qadağan edilməsi

Dünyada ilk dəfə nasist Almaniyası siqaretin qadağan edilməsi barədə təbliğat aparıb. Siqaret qutularının üzərinə "Siqareti çəkmək sizin sağlamlığınıza ziyan vurur" yazmaq yerinə video-çarxlar hazırlanılırdı. Xalqa ictimai yerlərdə (açıq və ya qapalı), restoran, ictimai nəqliyyat vasitələrində tütün və tütün vasitələrindən istifadə ciddi şəkildə qadağan idi. Hitler deyirdi ki, Almaniyada sağlam, gümrah nəsillərin yetişməsi üçün hər şey edəcək.

10. Heyvanların sınaq obyekti kimi məhv edilməsi qadağan idi

Hazırda bütün elm sahələrində sınaq obyekti kimi heyvanlardan istifadə edilir. Nasist Almaniyası isə bu vəhşiliyi qadağan etmişdi. Düzdür, heyvanlara əziyyət vermədikləri üçün bunu onların "ən insani keyfiyyəti" adlandırmaq olar. Amma heyvanlar üçün qadağan edilən sınaqların 1933-cü illərdə yəhudilərin, qaraçı və homoseksualların üzərində aparılması çox kədərli paradoks yaradır.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.