"WhatsApp"da silinən mesajı oxumağın yolları - FOTO

17 Kasım 2017
2 885
0
"WhatsApp"da silinən mesajı oxumağın yolları - FOTO
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.

İzləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.

Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.

"Biz "WhatsApp"da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq.

Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, "settings"dən "notification register"ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.