Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

21 Kasım 2017
1 687
0
Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY
Olduqca ləzzətli və faydalı olan narın tək dənələri deyil, qabığı və pərdələri də sağlamlığa olduqca xeyirdir. Qabıqları ilə dəriyə qulluq maskaları hazırlaya biləcəyiniz narı başqa necə istifadə etmək olar? Feat.Az bununla bağlı faydalı məsləhətlər verir.

C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen formasını dəstəkləyərək daha parlaq və sağlam bir görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə də faydalı olduğu sübut olunub.

Nar qabığının tərkibində olan ellagik turşu xərçəngi də müalicə etməyə yardımçı olur. Evdə özünüz də dəmləyə biləcəyiniz nar qabığı çayı ilə dəri, pankreas kimi ciddi xərçəng növlərinin qarşısını ala və ya müalicə etməyə köməkçi ola bilərsiniz.

Nar qabıqları pis xolesterolu da aşağı salır. Diş sağlamlığı üçün də faydalı olan nar qabıqları bir çox diş məcunlarının ana maddəsidir.

Nar qabığı çayı necə dəmlənir?

Narın qabıqlarında olan ağ hissələri ayırın və qabıqları qəzetə büküb günəş görməyən nəmsiz bir şəraitdə saxlayın. Quruyan nar qabıqlarını ovxalayaraq, bir fincana tökün, üzərinə isti su əlavə edin və 3-4 dəqiqə dəmləyin.

Nar qabıqları ilə saça qulluq

Nar qabıqları qaynadılıb saça sprey olaraq vurulduqda olduqca yararlıdır. Saç uclarını və saç köklərini qidalandırıb nəmləndirən nar qabıqları saçları uzatmağa da kömək edir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.