"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

22 Kasım 2017
1 385
0
"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ
Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəkidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Bəziləri idmana, pəhrizlərə üz tutur. Bəziləri arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara girir. Bir çox insanlar isə satışda olan arıqlama çaylarından, həblərindən istifadə edir. Onlar bildirirlər ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər. Bəs görəsən adıçəkilən həmin vasitələrlə arıqlamaq sağlamlığa zərər verə bilərmi?

Feat.Az bildirir ki, məsələ ilə bağlı ailem.az-a açıqlama verən dietoloq Leyla Zülfüqarlı deyir ki, arıqlama çayları, kokteyllər və bu kimi içkilərin istifadəsi tamamilə səhvdir: "Onların arıqlatması sadəcə iştah kəsmələri ilə bağlıdır. Həmin məhsulları təqdim edən şirkət nümayəndələri də vurğulayır ki, bu çayların yalnız bir xüsusiyyəti var, iştahı kəsmək. Bu isə orqanizmə çox ziyandır. Çünki insanın normal şəkildə iştahı olmalıdır, qidalanmalıdır. Xüsusilə də faydalı qidalar qəbul etməlidir ki, orqanizm də faydalı maddələr alsın. Bu vasitələrdən istifadə edəndə isə iştah kəsilir, insan yemir və yemədən arıqlayır. Bu isə çox ciddi problemdir. Çünki insan yeməsə, bədən lazımi maddələr almayacaq və ümumiyyətlə sağlamlığı, xəstəliklər qarşısında müqaviməti olmayacaq və sair. Həmin çayların içilməsindəki birinci böyük səhv budur".

L. Zülfüqarlı bildirir ki, bu çaylardan istifadə insanlarda asılılıq yaradır: "Həmin çayların tərkibində narkotik effektlər yaradan bəzi qatqılar var ki, onlardan istifadə zamanı asılılıq yaradır. İnsanlar o cür çayların asılısına çevrilirlər. Həmin çaydan istifadə etmədikdə nəcis ifrazatı, bağırsağın boşalması kimi proseslər həyata keçə bilmir. Yəni bu proseslər çay içdikdə olur, içmədikdə yox. Bunlar isə bağırsaqların tənbəlləşməsi nəticəsində meydana çıxır. İnsan davamlı olaraq bu kimi vasitələrdən asılı qalır. İnsanların bu çaylardan mütəmadi istifadəsi yalnız həmin şirkətlər üçün ticari maraqlara fayda verir. Sağlamlıq baxımından isə heç bir xeyri yoxdur, əksinə, zərərlidir. Arıqlamaq üçün sağlam qidalanmaq önəmlidir. Qidalanma vacib maddələri orqanizmimizə qəbul etmək üçün əhəmiyyətlidir ki, heç bir dərmandan, bu kimi vasitələrdən asılı vəziyyətə düşməyək. Odur ki, yalnız sağlam qidalanaraq arıqlamaq lazımdır, bu cür yanlış üsullarla yox".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.