Gündə 10 qram qoz və ya yerfındığı yesəniz - İNANILMAZ FAYDA
Bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.
Alimlər yerfındığı, badam, hind qozu, pekan, fıstıq və qozun mütəmadi qəbulunun nəticəsini qiymətləndiriblər. Tədqiqat iştirakçılarının elektroentsefaloqram (EEQ) müayinəsinin nəticəsi göstərib ki, fıstıqın qəbulu məlumatın koqnitiv işlənməsi, təlim, qavrayış ilə bağlı olan qamma-ritmin tezliyinin artmasına səbəb olub. Yerfındığı isə dərin yuxu və orqanizmin bərpası ilə bağlı olan delta-ritmin tezliyini artırıb.
Azərtac