Çupakabra adlı bədheybət

02 Kasım 2014
3 456
0
Çupakabra adlı bədheybət
Çupakabra adlı bədheybət

Veronika adlı qız Ukraynanın Xmelnitskaya vilayətinin Beryozovka kəndinə bacısı gilə yay tətilinə gəlmişdi. Haradan blieydi ki, bu gəlişi sonuncu olacaq? Həmin gün o, avtobus dayanacağına gedirdi və birdən arxadan vəhşi bədheybət ona hücmu edərək parçalamağa başladı. Onun köməyinə gələn qadın müsahibəsində həmçinin onu da qeyd etdi ki, bu heyvan it ilə canavarın qarışığıdır, adına çupakabra deyirlər. Qadın, əlində taxta ilə döyərək müdaxilə etsə, bədheybət öz işinə idi. Bir neçə dəqiqə qızın üzərində əlləşərək gözlənilmədən gəldiyi kimi də yox oldu. Qız bundan sonra bir neçə ağır əməliyyatlar keçirdi və elə bil yaxşılığa doğru getdi. Lakin 6 aydan sonra qız birdən birə komaya düşdü və rəhmətə getdi. Çoban da müsahibə verərkən qeyd etdi ki, “bu heyvan mənə də hücum etməyə hazırlaşırdı, lakin tapançam üstümdə idi. O, itimi parçalayıb, mal-qaramın başını-gözünü dağıdıb”. Çupakabra ispancadan tərcümədə “xortdan keçi” deməkdir. Bunu 50-ci illərdən bəri görənlər var. Son vaxtlar bu bədheybət Moskvaya yaxın olan Tula şəhərinə gəlib çıxıb. Bu şəhərin sakini artıq neçə vaxtdır ki, bədheybətin əlindən dovşan saxlamır. Bu heyvan qurbanlarının gah qanını içir, gah da parçalayıb həyətdən aparır. Hətta bu şəhərdən bir qadının da həyətində 20 baş toyuq-cücəsini məhv edib. Sakinlər möhkəm qalın dəmirli qəfəslər düzəldiblər ki, bədheybət daxil ola bilməsin. Bu canlı, sanki öldürmək üçün proqramlaşıb. Son vaxtlar insanları lərzəyə salan bu sirli bədheybət həqiqətən də aydın olur ki, mühəndis-genetiklərin təcrübələrinin nəticəsidir.

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.