Bu qadının bədənində saç əvəzinə dırnaq çıxır

16 Kasım 2014
1 575
0
Bu qadının bədənində saç əvəzinə dırnaq çıxır
Bu qadının bədənində saç əvəzinə dırnaq çıxır

Qadın 2009-cu ildən bəri nadir xəstəlikdən əziyyət çəkir. Xəstəlik nəticəsində onun bədənində tük yerinə dırnaq çıxır.

32 yaşlı Şanina Ayzemin bədənində tük follikulunda dırnaq çıxır. Qadın bu xəstəlikdən 5 ildir ki, əziyyət çəkir, lakin həkimlər hələ də onun dərdinə çarə tapa bilmir.

Con Hopkins tibb mərkəzindən verilən məlumata görə, Şanina dünyada bu xəstəlikdən əziyyət çəkən yeganə insandır.

Hər şey 5 il bundan qabaq Şanina hüquq fakültəsində oxuyarkən başlayıb. O zaman qadın güclü asma tutması keçirib. O, dərhal xəstəxanaya yerləşdirilib və orada Şaninanın bədəninə yüksək dozada steroid hormonu yeridilib. Bundan sonra qadında allergiya və dərisində güclü qaşınma başlayıb.

Ona antiqistamin dərmanlar yazılsa da, Şaninanın vəziyyəti daha da pisləşməyə doğru gedib. Əvvəlcə onun bədəni qara qaysaq bağlayır, bundan sonra isə dərisində tük əvəzinə tikanlar çıxmağa başlayır. Anası hətta qızına tikanlara görə toxuna da bilmir. Onun dərisi sanki yanmış kimi qaralıb və o, sürətlə arıqlamağa başlayıb. Həkimlər artıq onun müalicəsi üçün heç bir ümid yeri görməyiblər. Qızın anası təslim olmayaraq, onu Con Hopkinks tibb mərkəzinin həkimlərinə göstərib. Hazırda o, müalicə alır. Müalicə qızın səhhətinə müsbət təsir etsə də, xeyli maliyyə problemləri yaradıb. Şaninanın ailəsi qızın müalicəsi üçün 1 milyon dollar xərc çəkib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.