Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

19 Aralık 2014
6 270
0
Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi
Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi
Çoxları ona gülür.

Böyük Britaniya sakini plastik əməliyyatlara 95 min funtdan çox (təxminən 150 min dollar) pul xərcləyib, səbəb isə amerikalı teleulduz Kim Kardaşyana bənzəmək arzusudur.

FeaT.Az xəbər verir ki, bu barədə The Daily Mail xəbər verir.

Kardaşyanın 23 yaşlı pərəstişkarı Cordan Park (Jordan Parke) dodaqlarının və yanaqlarının formasını dəyişdirib, üzündə və bədənində tükləri lazer vasitəsilə təmizlətdirib, qaşlarını tatuaj etdirib, bir neçə dəfə botoks vurdurub (ümumilikdə 50 müxtəlif kosmetik və cərrahi prosedur).

Sonuncu əməliyyat dərinin “vampiryanı” (iynəbatırma və pasientinin öz qanından hazırlanmış maska) dartdırılmasıdır, bunu daha öncə Kim Kardaşyan da etdirib.

Xarici görünüşündə olan dəyişikliklərə Park dörd il vaxt sərf edib. Vizajist işləyən kişi nəticələrdən razı qalıb. Park deyib ki, ona gülür və təbii görünmədiyini deyirlər. Gəncin sözlərinə görə isə o məhz elə bu nəticəyə can atırdı.

Kardaşyanın fanatı qeyd edib ki, öz kumirini bütün dövrlər üçün ən şık xanım hesab edir.

34 yaşlı Kim Kardaşyan “Kardaşyan ailəsi” (Keeping Up with the Kardashians) realiti şousu efirə çıxandan sonra məşhurlaşdı. Şounun premyerası 2007-ci ildə Amerikanın “E!” telekanalında baş tutub. 2014-cü ildə o, 37 yaşlı reper Kanye Uest ilə nikah bağlayıb. Ulduz öz hipper qadın fiqurası ilə məşhurdur. 2014-cü ildə Kardaşyanın jurnal üçün çəkildiyi fotosessiya internet-istifadəçiləri tərəfindən fəal şəkildə müzakirə edildi.

Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyata 150 min dollar xərclədi

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.