“O, Sadəcə Rəqs Etmək İstəyirdi”

15 Mart 2016
2 129
1
“O, Sadəcə Rəqs Etmək İstəyirdi”
“O, Sadəcə Rəqs Etmək İstəyirdi”

“O, Sadəcə Rəqs Etmək İstəyirdi”

“O, Sadəcə Rəqs Etmək İstəyirdi”Məktəbdə onu istedadsız hesab edirdilər. Bir dəfə valideynləri məktəbdən belə bir məktub almışdı: “Qızınızın dərslərlə bağlı problemləri var. Fikrini cəmləyə bilmir, daima diqqəti yayınır, hər kəsə mane olur, vaxtında ev tapşırıqlarını etmir, çatdırmır… “

İndiki dövrdə bu qızcığazın diqqət azlığından əziyyət çəkdiyini deyərdilər, lakin 30-cu illərdə heç kim bu diaqnoz barəsində bilmirdi. Onu həkimə aparırlar. Otağın uzaq küncündəki stulda oturdur və 20 dəqiqə gözlədirlər. Bu müddət ərzinə həkim onun anası ilə məktəbdəki problemləri barədə müzakirələr aparırdı. Nəhayət ki, həkim onun yanına əyləşir və anasıyla bir neçə dəqiqə təkbətək söhbət etməli olduğunu bildirir. Bundan öncə isə stolun üstündəki radioqəbuledicini yandırır. Anasından isə qızının nə etdiyini sakitcə müşahidə etməyini istəyir. Qızcığaz tez ayaq üstə qalxır və musiqinin ritmləriylə hərəkət etməyə başlayır. Həkim üzünü anasına çevirir və deyir: “O xəstə deyil, rəqqasədir. Onu rəqs məktəbinə yazdırın.”

“O, Sadəcə Rəqs Etmək İstəyirdi”

Anası həkimin tövsiyəsinə qulaq asır və qızcığaz rəqslə məşğul olmağa başlayır. Daha sonra o Kraliyyət Balet Məktəbinə daxil olur. Solistə çevrilir. Bir müddət sonra öz rəqs şirkətini yaradır. Andrew Lloyd Webber ilə tanış olaraq, birlikdə dünyanın ən məşhur xareoqrafiya tamaşalarından birini yaradırlar. Bu tamaşa milyonlarla insana sevinc bəxş edir. Halbuki, müasir dövrdə belə insanları saysız-hesabsız dərmanlara məğlub edirlər.

“O, Sadəcə Rəqs Etmək İstəyirdi”

Bu yazılanlar müasir dövrün ən məşhur xareoqraflarından biri olan
Gillian Lynne‘in həyat hekayəsidir. O eyni zamanda aktrisa və rejissordur, bir sözlə tamamilə incəsənət adamıdır. Bütün həyatını opera, balet, musiqili tamaşalara həsr etmiş və dünyaya saysız-hesabsız gözəllik bəxş etmişdir. Onun tamaşaları arasında məşhur “Cats”, “The Рhantom of the Opera” kimi unudulmaz işlər də var. Dəfələrlə mükafatlara layiq görülən bu əfsanəvi qadın bu həyatda sadəcə olaraq rəqs etmək istəyirdi!

“O, Sadəcə Rəqs Etmək İstəyirdi”


Pahoo.az\Adme.ru

RƏYLƏR
  1. allah bendesi
    muasir dovurde bele insanlari saysiz hesabsiz dermanlara meglub edirler..nece dogru cumle...her ishin peshekari olmali..hekimin o qizin isteyini anlamasi indi qizi o zirvede olmasina sebebdir.bezi hekimlerkimi yalnish diaqnozla bashqa yone suruklemeyib.movzudan kenara cixmayim da))....cox sag olun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.