Məşhur modelin evində silahlı insident olub

16 Ekim 2016
1 183
0
Məşhur modelin evində silahlı insident olub
Avstraliyanın dünyaca məşhur modeli, aktrisa Miranda Kerrin ABŞ-dakı evində silah səsləri eşidilib.

Naməlum şəxs hasardan tullanaraq evə girmək istəyib. Bu zaman təhlükəsizlik əməkdaşı şübhəliyə müdaxilə edib. Tərəflər arasında yaşanan qarşıdurma zamanı şübhəli asayiş keşikçisini gözündən bıçaqlayıb. Dərhal silahına əl atan təhlükəsizlik əməkdaşı şübhəliyə 4 dəfə atəş açıb. Hadisədən dərhal sonra onların hər ikisi xəstəxanaya yerləşdirilib. Hər iki yaralının səhhəti normal qiymətləndirilir.

Bildirilir ki, vaxtının əsas hissəsini 5 yaşlı oğluyla bu evdə keçirən Kerr, hadisə zamanı mənzildə olmayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.