Atatürkü 9 rəqəmi ilə bağlayan nədir? - İNANILMAZ HADİSƏLƏR...

06 Mayıs 2017
1 603
0
Atatürkü 9 rəqəmi ilə bağlayan nədir? - İNANILMAZ HADİSƏLƏR...
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 9 rəqəmi ilə maraqlı bağlılığı ortaya çıxıb.

Feat.Az
xəbər verir ki, Mustafa Kamal Atatürkün doğumundan vəfatına qədər həyatının çox hissəsi məhz bu rəqəmlə əlaqəlidir.

Liderin anadan olduğu 1881-ci il 9 rəqəminin iki qatıdır. 1881-ci ilin tərkibində 2 ədəd 9-un cəmi, 81-in tərkibində isə 2 ədəd 9-un qatı var. Həmçinin, 1+8+8+1=18 edir və 1+8-I toplasaq, yenə 9 rəqəmi alınacaq.

Atatürk 19-cu yüzillikdə doğulub. O, 29 dekabr 1903-cü ildə qərargah kapitanı olub. 1899-cu ildə İstanbul Hərbi Litseyinə qəbul olub.

20.09.1909-cu ildə İllik toplantıda iştirak edib. 9 yanvar 1912-ci ildə Tripolidə italyanlar türklər tərəfindən məğlub edilib.

19 may 1915-ci ildə polkovnik vəzifəsinə yüksəlmiş, 9 avqust 1915-ci ildə Anafartalar qrup komandiri olmuşdur.

Atatürk 19-cu ordu ilə Çanaqqala Savaşına başlayıb. 29 oktyabr 1918-ci ildə Çanaqqalada "İldırım Orduları" komandiri olub.

19 may 1919-cu ildə vətəni xilas etmək üçün Samsuna yollanıb. Həmin zaman Atatürkün yanında 18 nəfər olub.

9 iyul 1919-cu ildə hərbi xidmətdən istefa verib və Ərzurum Konqresinin fəaliyyətə başlamasına nail olub.

19 oktyabr 1919-cu ildə Ərzurumdan millət vəkili olub, 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi yekdilliklə Mustafa Kamal Atatürkə qazi titulu verib.

29 yanvar 1923-cü ildə Lətifə xanımla ailə həyatı qurub.

9 oktyabr 1923-cü ildə Ankara paytaxt elan edilib. Həmin ilin 29 oktyabrında Türkiyə Cümhuriyyət elan edilib.

9 avqust 1928-ci ildə Türkiyədə Latın hərflərinə keçid baş verib.

Atatürkün şəxsiyyət vəsiqəsinin seriya nömrəsi 993814 B-dir. Ortadakı 938 ölüm tarixini, əvvəldəki 9, sondakı 14 rəqəmi isə ölüm saatını 9 dəqiqə fərqlə göstərməsi özü də düşündürücüdür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.