Mənim OL...

26 Ocak 2015
2 217
0
Mənim OL...
Mənim OL...


Külək əssə, saçlarını darasa
Daha sonra o belini sarısa
Külək kəsib, sonra yağış yağarsa
Bil küləyi kəsən yağış mənəm,mən!
Mən bilmirəm, təkcə mənə aidsən...

Bir özgəyə vermərəm bil səni mən
Son anadək,nəfəsədək mənimsən
Sən ömrümə qarda çıxan Günəşsən
Son anadək, nəfəsədək mənimsən...


Sən varsansa gülüş gəzir üzümdə
Çox demirəm,bircə ömür əlin olsa əlimdə
Bir söz düşsə, hey dolaşsa dilində
Söyləsən ki, tək səninəm, sənə aid biriyəm
Səndən özgə mən kimsəni sevmirəm...

Biz beləcə xoşbəxt olsaq, yaşasaq
Ayrılmasaq, bir birinə bağlansaq
Bacarmasaq ayrı qalıb, dözməyi
Gəl bir ömür biz birlikdə yaşlanaq...

Dar günümdə dayağım ol, gücüm ol
Eşq yolunda tut əlimi, mənim ol
Tək gedilməz, sıxar məni bil bu yol
Tək bir sözlə bircə ömür mənim ol...
Damla-damla yağ qəlbimə mənim, dol...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.