Saçları dolğun göstərən 10 üsul

Saçları dolğun göstərən 10 üsul
Saçları dolğun göstərən 10 üsul


Saçlarınız çox seyrək və qeyri-sağlam görünürsə, bu tövsiyələrə əməl edin.

- Saçlarınızı çox qurutmayın. Çox qurutmaq və istiyə məruz qoymaq saçların təbii elastikliyini yox edər və beləliklə, saçlarınız seyrək və cansız görünər.

- Saç rəngi ilə çox oynamayın. Özəlliklə saç rəngini açan maddə çox istifadə edildiyində saç seyrəlir.

- Saçlarınız seyrəkdirsə, qısa, ya orta boy saç modellərinə üstünlük verin. Saçlar uzandıqca ağırlaşır və incəlir.

- Dırnaqlar üçün istifadə edilən biotin tərkibli məhsullar saçlar üçün də faydalıdır. Daha gur görünməsinə kömək edir.


- Buraxın qıvrım qalsın. Saçların təbii qıvrımlarını pozmayın. Saç düzləşdirici və fenlər saçı pozar və solğunlaşdırar.

- Saçlarınızı hörərkən incə görünürsə, kənarlarından çıxardaraq daha qalın göstərin.

- Amonium loril sulfat və sodium loril sulfat tərkibli şampunlar istifadə etməyin. Bu maddələr şampunu əlinizdə köpüklü göstərsə də, saç diblərini qurudar.

- Saç köpüyü istifadə edərkən əlinizə bir az tökün. Darağı batırıb saçlarınızı bununla darayın. Saçın üst deyil, alt qisimlərinə yeridin.

-Saçlarınız öz təbii şəkli ilə sağdan ayrılırsa, siz tərs yöndən ayırmağa çalışın.

- Quru şampunu gecə istifadə edin. Yatarkən artıq yağ yastıq tərəfindən əmiləcək və səhər saçlarınız öz təbii gözəlliyinə qovuşmuş olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.