İslamda Qadın

03 Şubat 2015
4 768
0
İslamda Qadın
İslamda Qadın


Bəzilərinə görə qadın kölədir, kişi suverenliyi vardır.. Bəzi batil dinlərdə əri öldüyündə qadını da onunla birlikdə diri diri yandırılar. Bəzi ənənələrə görə qadının ağlı əksikdir. Bir şey söyləsə tam əksini etmək lazımdır.Biraz daha araşdırsaq əlbətdəki bele nümunələrin sayını daha da artıra bilərik, Amma təbii ki bu problemin əsas cavabı, Quranı Kərimdə Rəbbimizin təsvir etdiyi nümunə ən doğrusudur. Və qadını həqiqətən dəyərləndirən sistem,İslam dinidir.
Bu günə qədər İslam, xüsusilə fanatik insanlar tərəfindən səhv tanıdılıb. İnsanlar bu səhv izahatlar səbəbiylə, dini tətbiq edərlərsə bütün həyatlarını məhdudlarla, məhrumlarla yaşayacağlarını sanımışlar. Gənc, müasir, mədəni, zəngin, yaraşıqlı və gözəl insanların dini yaşaya bilməyəcəkləri, kasıb, mədəniyyətsiz, təhsilsiz kəslərin (ancaq müəyyən bir yaşa gəldikdən sonra) dini yaşaya biləcəyi kimi təsürat insanların psixaloqiyasında bir qanun kimi hakim oldub. Əslində bunun səbəbi bu düşüncəyə sahib insanların İslamı əsl qaynağından yəni Quranı Kərimdən öyrənməməsidir. Qurana söykənən din anlayışı, ALLAHın qullarının yaşamasını istədiyi həqiqi əxlaqdır.
Bu əxlaq anlayışına görə qadın və kişi bərabərdir. İkisinin də məsuliyyətləri eynidir. ALLAHın dinini yaşamaq istər kişi olsun istərsə də qadın bütün müsəlmanların ən əhəmiyyətli məsuliyyətidir.
Qadın və ya kişi ALLAHın razılığını qazanmaq üçün yaxşı işlər gördükləri müddətcə şəxsiyyətləri qadın və ya kişi deyə ayrılmaz. Yalnız Müsəlman deyə adlandırılarlar.
Nisa Surəsi 124. Ayədə ALLAH *Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!* buyurur.
Yəni Qurana görə bir insanın kişi və ya qadın olması deyil ALLAH qatında necə bir Müsəlman olduğu əhəmiyyətlidir.
İslam tamamilə gözəlliklərdən ibarətdir, həqiqi azadlıqdır, gözəl əxlaqın bütün xüsusiyyətlərini ehtiva edər, əsl sevinc və xoşbəxtlik qaynağıdır, könüllərə şəfa qaynağıdır və ən əhəmiyyətlisi Bizi Yaradanın Sözüdür.

Müsəlman bir kimsə Rəbbimizin bu Sözünü səmimiyyətlə və dərin düşünərək oxuduqdan sonra həqiqətən yaşamağa başlayar və elə o zaman gənc-yaşlı, qadın-kişi, kasıb-zəngin, gözəl-çirkin, ağ-qara olması əhəmiyyətli olmaz. Tək həqiqət Müsəlman olmasıdır. ALLAHa boyun əymiş, könüldən Rəbbinə yönəlmiş ixlas sahibi bir qul olması onun üçün önəm daşıyar..
Dini belə bir ruh halı ilə yaşayan bir insanın ətrafında hər kəs toplanmaq istəyər, dostluq etmək istəyər, söhbətləriylə çevrəsində hər kəsə rahatlıq və hüzur verər insanlar ona güvənər,ədalətindən əmin olar. Doğru danışan olar, belə insanlar sadiq və vəfalıdır. Hansı dinə mənsub insan olursa olsun ateist bele olsa belə bir əxlaqda olan insanın yanında özünü çox rahat hiss edər..
Bu gözəl əxlaqı yaşayan Müsəlmanlarda ALLAHın təcəlli etdirdiyi ağıl isə təqlid edilə bilməyən ən əhəmiyyətli istiqamətlərindəndir. Xarici görünüş istənilən qədər mükəmməl bir görünüşdə olsa da , bir insan Quran əxlaqına söykənən bir ağıl nümayiş etdirmirsə onu yaşamırsa həqiqi mənada təsirli biri olmaz. bir Müsəlman ancaq ağıllı, davranışlarla hər kəsin etibarını qazana bilər. Beləliklədə bu nöqtədə qadın kişi demədən idarəçi xüsusiyyətini də qazanmış olar. Bu xüsusiyyətlərə sahib olan istər müsəlman bir qadın istərsə də müsəlman bir kişi ilk başda bütün insanlar tərəfindən ağılına, vicdanına, fikirlərinə hörmət edilən bir insan olar.
Müsəlman bu səmimi əxlaq ilə yaşamaqla tək düşündüyü məqsəd ALLAHın özündən razı olmasıdır. İnsanların razılığına görə hərəkət etmədiyi üçün öz, yaxınları əleyhinə belə olsa hər vaxt ədalətli davranar.

ALLAHın Nisa Surəsi 135-ci ayəsində buyurduğu kimi Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan ALLAH şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda ALLAH onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) ALLAH etdiyiniz işlərdən xəbərdardır!
Nəticə etibarı ilə, Quran əxlaqına görə bir insanın qadın və ya kişi olduğu deyil, saleh bir Müsəlman olub olmadığı əhəmiyyətlidir
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.