Kiprik maskaları

28 Şubat 2015
3 096
0
Kiprik maskaları
Kiprik maskaları
Kiprikləri uzatmaq, dolğunlaşdırmaq hər qadının çox istədiyi şeylərdəndir. Üz gözəlliyinin bir parçası kipriklərdir.
FeaT.az kipriklər üçün fərqli maskalar təqdim edir.

Maska1. 1 çay qaşığı hind yağı
1 st su
1 yemək qaşığından az kakao yağı.


Suyu qabda qaynadın içinə kakao və hind yağını qarışdırın. Krem halına gələndən sonra götürüb soyudun. 1 həftə boyunca tuj fırçası ilə vurun.

Maska2. 1 yemək qaşığı badam yağı
1 yemək qaşığı hind yağı
Bunları qarışdırıb hər gecə yatmadan yarım saat əvvəl kipriklərinizə sürtün. 2 həftə ardıcıl sürtün .


Maska3. Kiprik qalınlaşdırmaq üçün 1 yemək qaşığı quyruq yağı , 5 ədəd fındıq içi, 5 ədəd qoz içi , 2 damcı ətir götürün. Fındıq və quyruq yağını əridin. Ətiri damcıladıb süzün. Tuj fırçası ilə vurun.

Qalınlaşdıran maska
1 çay qaşığı buğda yağı
1 yemək qaşıığ badam yağı
3 ədəd qoz , fındıq
1 çay qaşığı lobya yağı
1 çay qaşığı lanolin
Lanolindən başqa hamısını cam qabda 10 dəqiqə isidin. Süzdükdən sonra lanolini əlavə edin. 2 həftə ardıcıl vurun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.