Zaman haqqında aforizmlər...

20 Mart 2015
4 677
0
Zaman haqqında aforizmlər...
Zaman haqqında aforizmlər...

Vaxt öldürmək ən bahalı əyləncədir.→Onore de Balzak:Fransız yazıçısı.

Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik→ Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi.

Zaman bir daha gəlməmək şərti ilə gedir.→Lao Tszi:Çin mütəfəkkiri.

Boş zaman yoxdur,boş keçən zaman var. (Naməlum)
Zaman səssiz bir mişardır.→İmmanuil Kant:Alman filosofu.

Dünən tarixdir,sabah bilinməyəndir,bu gün isə hədiyyədir.→Franklin Ruzvelt:ABŞ-ın 32-ci prezidenti

Ən ağır itkilərdən biri zaman itkisidir.→Corc Lui.

Dünənki günəşlə bugünkü paltarları qurutmaq olmaz.→Naməlum.

Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür.→Hektor Berlioz.

Kainat bir beşik,zaman isə onun ipidir.→"Füyuzat" jurnalından.

Əgər həyatı sevirsənsə,zamanı öldürmə,çünki həyat zamana bağlıdır.→Bencamin Franklin.

İnsan zamanın jçində deyil,zaman insanın içində yaşayır.→Henri Berqson.

Zaman nə çıxar,nə də bölər.Lakin elə bir şəkildə toplayar ki,vurma belə onun yanında heç qalar.→Bob Talbert.

Bir həkimin bir saatda etdiyi bir əməliyyatı xəstə illərlə anladar.→Naməlum.

Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır.→Yusif Vəzir Çəmənzəminli.

Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır.→Elçin Əfəndiyev.

Zaman üçün qüsur tapa bilərik,ancaq zaman danışarsa,utanmaq məcburiyyətində qalarıq.→Abdullah ibn Muhəmməd.

Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.→Jan Labrüer

Vaxt-zaman bütün yaraları sağaldır.→Menandr:Qədim yunan dramaturqu və şairi.

Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir.→Anri de Monterlan.

Təxirə salmaq vaxtı oğurlamaqdır.→Tomas.

Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım.→Fyodor Mixayloviç Dostoyevski.

Zaman heç itmir,itən bizik.→Pol Klodel.

Sevgililərim,bir şeyi unutmayın ki,Rəbbin gözündə bir gün min il,min il də bir gün kimidir.→İncil.

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.